Əsas səhifə » Seneqalda üçmərtəbəli bina uçub - Ölən və yaralananlar var

Seneqalda üçmərtəbəli bina uçub - Ölən və yaralananlar var

BAKI, AzerVoice

Seneqalın mərkəzində yerləşən Tuba şəhərində tikilməkdə olan üçmərtəbəli binanın uçması nəticəsində azı 11 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə RTS radiostansiyası məlumat verib.

Məlumata görə, axtarış-xilasetmə işlərinə çoxsaylı canlı qüvvə və texniki resurslar cəlb olunub. Hadisə yerində sağ qalanların və digər qurbanların axtarışı davam etdirilir.

Yerli prefekt faciənin səbəbi kimi tikinti normalarının pozulmasını göstərib. Hadisənin dəqiq səbəblərini və məsul şəxsləri müəyyənləşdirmək üçün rəsmi istintaq başladılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice