31
BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər onun qərarları olmasaydı, Rusiya ciddi problemlərlə qarşılaşa bilərdi.
AzerVoice xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Mən olmasaydım Rusiya ilə çox pis şeylər baş verə bilərdi. Və mən həqiqətən pis şeyləri nəzərdə tuturam” – deyə, o vurğulayıb. Tramp Rusiyanın "odla oynadığını" iddia edib, lakin bununla nə demək istədiyini dəqiq izah etməyib.