8
BAKI, AzerVoice
ABŞ və İran nümayəndələri qarşıdakı həftə ərzində Avropada görüş keçirəcəklər.
AzerVoice xəbər verir ki. bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ABC telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İranla aparılan danışıqlarda öz məqsədlərinə nail olmaq üçün çoxsaylı yolları mövcuddur.
“Düşünürük ki, bu həftə Avropada bir görüş keçirəcəyik. Ümid edirik ki, bu görüş müəyyən müsbət nəticələrə gətirib çıxaracaq” - deyə, Uitkoff bildirib.