11
BAKI, AzerVoice
ABŞ administrasiyası Ukrayna böhranının həlli ilə bağlı Rusiya və Kiyev hakimiyyətləri arasında mövqeləri müəyyən qədər yaxınlaşdırmağı bacarıb.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ABC News telekanalına verdiyi müsahibədə bildirib.
“Belə danışıqlarda tərəflər müəyyən mövqelərdə dayanırlar. Sənət isə bu mövqelər arasındakı uçurumu daraltmaqdır və hesab edirəm ki, biz bunu müəyyən dərəcədə bacardıq” - deyə, Uitkoff qeyd edib.