Əsas səhifə » ABŞ Britaniyaya tətbiq etdiyi rüsumları 10 faizdən aşağı salmayacaq - Ticarət naziri

ABŞ Britaniyaya tətbiq etdiyi rüsumları 10 faizdən aşağı salmayacaq - Ticarət naziri

BAKI, AzerVoice

ABŞ yaxın gələcəkdə Böyük Britaniya üçün tətbiq olunan tarifləri 10 faizdən aşağı salmağı planlaşdırmır.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Ticarət naziri Hovard Latnik CNN kanalına verdiyi müsahibədə bildirib.

“Bizim gözləntilərimizə görə, əsas tarif dərəcəsi 10 faizdən aşağı salınmayacaq” – deyə Latnik bildirib.

Bununla yanaşı, Latnik Vaşinqtonun bəzi sahələrdə tariflər mövzusunda çevik davranacağını qeyd edib.

“Məsələn, polad, alüminium və təyyarə ehtiyat hissələri ilə bağlı biz bəyan etdik ki, Rolls-Royce tərəfindən istehsal edilən və Boeing təyyarələrinə quraşdırılan mühərriklərin tədarükünün davam etməsi üçün bu məhsullara tarif tətbiq olunmayacaq” – deyə, o əlavə edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya mayın 8-də yeni ticarət sazişi imzalayıblar. Bu razılaşmaya əsasən, ABŞ britaniyalı avtomobil istehsalçılarının məhsullarına tətbiq olunan gömrük rüsumunu 27,5 faizdən 10 faizə endirəcək. Britaniya mallarının ABŞ-a idxalı üçün müəyyən edilmiş yeni qaydaların yaxın vaxtlarda qüvvəyə minməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice