Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-a rəğbət azalır, Çin isə zirvəyə yüksəlir

    12 May 2025 12:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-ın qlobal nüfuzu azalır, Çin isə daha populyar olur.

    AzerVoice xəbər verir ki, Demokratiyalar Alyansı Fondunun 2025-ci il Demokratiya Qavrama İndeksinə əsasən, ABŞ dünyada əvvəlki nüfuzunu itirir, Çin isə imicini gücləndirərək bir çox regionda daha müsbət qarşılanır.

    100 ölkədən 111 mindən çox insanın iştirak etdiyi sorğuda ABŞ-ın populyarlığının azalması, əvəzində Çinin ilk dəfə olaraq onu geridə qoyması diqqət çəkib. Xüsusilə Avropadan kənar bölgələrdə Çin haqqında müsbət rəy üstünlük təşkil edib. Hesabatda həmçinin bildirilir ki, Rusiya-Ukrayna müharibəsinə baxmayaraq, Moskvanın da imici müəyyən qədər yaxşılaşıb, lakin hələ də ABŞ-dan geri qalır.

    Fondun təsisçisi və NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen ABŞ-a münasibətdəki azalmaların gözlənilən olduğunu deyib. Araşdırmada Donald Trampın Çin lideri Si Cinpinq və Rusiya prezidenti Vladimir Putindən daha az populyar olduğu da vurğulanıb. Sorğu iştirakçılarının 58 faizi Tramp haqqında mənfi fikir bildirib, prezidentin ümumi müsbət imici isə 27 faizlə məhdudlaşıb.

    Eyni zamanda, İsrail sorğuda ən mənfi reputasiyaya sahib ölkə kimi qiymətləndirilib. Xüsusilə Yaxın Şərq və Cənubi Asiya bölgələrində İsrailin imici kəskin şəkildə pisləşib. Bu, respondentlərin İsrailin Fələstinə qarşı siyasətindən narazılıq ifadə etməsi ilə izah olunub.

    Qeyd edək ki, sorğuda Tramp məşhur ictimai simalar — Elon Mask, Bill Gates, Papa Francis və Taylor Swift arasında ən aşağı reytinqə sahib şəxs kimi göstərilib.

    #Rusiya #ABŞ #Vladimir Putin #NATO #Çin #Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) #Elon Mask #ABŞ və Çin münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    10 Noyabr 2025 18:28

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    10 Noyabr 2025 17:21

    Günəşdə güclü partlayış qeydə alınıb

    10 Noyabr 2025 16:18

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    10 Noyabr 2025 13:32

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    NATO-Azərbaycan əməkdaşlığının səmərəli və uğurlu inkişafı müzakirə edilib

    7 Noyabr 2025 17:21

    Çin şirkətləri ilə görüş keçirilib

    7 Noyabr 2025 16:48
    Demo
    XƏBƏR LENTİ

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    "Qəbələ" və "Kəpəz" Rusiya klubunun futbolçusu ilə maraqlanır

    Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.