BAKI,AzerVoice
Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıblar.
AzerVoice xəbər verir ki, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Kir Starmer və Polşa baş naziri Donald Tusk, Zelenskini Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi danışıqlara razı olmağa çağırıb.
Zelenski daha əvvəl qeyd edib ki, Putinlə yalnız atəşkəs əldə edildikdən sonra birbaşa görüşə razıdır. O, İstanbulda şəxsən görüşə hazır olduğunu, lakin bunun şərti olaraq Moskvanın 12 maydan etibarən tam və uzunmüddətli atəşkəsə getməsi lazım olduğunu bildirib.
11 mayda Putin Kiyevə şərt qoymadan birbaşa danışıqların bərpa olunmasını təklif edib və danışıqlara 15 may cümə axşamı başlanmasını irəli sürüb.