BAKI, AzerVoice
İsveçrədə ABŞ ilə Çin arasında ticarət danışıqları yaxşı keçib və Vaşinqton Pekinlə razılığa gəlmək imkanlarına müsbət yanaşır.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik CNN telekanalına verdiyi müsahibədə bildirib.
“Dünən hər şey yaxşı görünürdü, həqiqətən də ruhlandırıcı idi. Biz hər şeyin uğurla nəticələnəcəyinə nikbin baxırıq” – deyə, o qeyd edib.
Lakin Latnik danışıqların detalları barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, Çin Dövlət Şurasının baş nazir müavini Xe Lifen və ABŞ-ın maliyyə naziri Skott Bessent şənbə günü Cenevrədə iki mərhələdə danışıqlar aparıblar. Danışıqlarda əsas müzakirə mövzusu qarşılıqlı gömrük rüsumları fonunda yaranmış gərginliyin aradan qaldırılması olub. Tərəflər arasında danışıqlar bu gün də davam edir.