BAKI, AzerVoice
Hindistan, Pakistanla sərhəddə yerləşən Çenab çayı üzərindəki Bağlihar bəndindən su buraxılmasını müvəqqəti olaraq dayandırıb.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
Məlumata görə, Hindistan analoji tədbirləri Cəlum çayı üzərində yerləşən Kişanqanqa bəndində də həyata keçirməyi planlaşdırır. Mənbə qeyd edib ki, Rambrandakı (Cammu) Bağlihar və Şimali Kəşmirdəki Kişanqanqa hidroelektrik stansiyaları Hindistana suyun buraxılma vaxtını tənzimləmək imkanı verir.
Qeyd edək ki, Bağlihar və Kişanqanga bəndlərindən istifadə məsələsi Hindistanla Pakistan arasında uzunmüddətli fikir ayrılığına səbəb olub. Vaxtilə İslamabad birinci bəndlə bağlı Dünya Bankının arbitrajına müraciət etmişdi. İkinci bənd isə Pakistan ərazisindəki Nilum çayına təsirinə görə hüquqi və diplomatik nəzarətə məruz qalmışdı.
Əvvəllər Hindistanla Pakistan arasında Hind çayı hövzəsinin su ehtiyatlarının bölüşdürülməsini tənzimləyən 1960-cı il tarixli müqavilə qüvvədə olub. Razılaşmaya əsasən, İslamabad Hind çayına və onun qolları olan Çenab və Cəlum çaylarına nəzarət hüququ əldə edib. Lakin Hindistan həmin çayların sularından ətraf ərazilərin suvarılması və yerli əhalinin ehtiyacları üçün istifadə edə bilər. Nyu-Dehli isə Biyas, Ravi və Satlec çayları üzərində tam nəzarət hüququna malik olub. Həmçinin, bu razılaşma çərçivəsində məlumat mübadiləsi üçün Hind çayı üzrə Daimi Komissiya yaradılıb.