Əsas səhifə » Vuçiç səhhətindəki problemlərə görə tam iş rejiminə qayıda bilməyəcək

Vuçiç səhhətindəki problemlərə görə tam iş rejiminə qayıda bilməyəcək

BAKI, AzerVoice

Serbiya Prezidenti Aleksandar Vuçiçin səhhəti sabit və qənaətbəxşdir. Lakin onun bir neçə gün ərzində tam şəkildə iş fəaliyyətinə qayıtması mümkün olmayacaq.

AzerVoice xəbər verir ki, bu barədə Vuçiçin müraciət etdiyi Hərbi Tibb Akademiyasının kardioloqu Draqan Dinçiç jurnalistlərə açıqlama verib.

“Vuçiçin yaxın bir saat ərzində akademiyanını tərk etməsi gözlənilir. Lakin onun yaxın günlərdə tam iş rejiminə qayıtması real görünmür” - deyə, kardioloq qeyd edib.

"Aleksandr Vuçiç ABŞ-da səfərdə olarkən sinəsində kəskin ağrı hiss edib. Onun sözlərinə görə, bu ağrı güclü olsa da, cəmi bir neçə saniyə davam edib. Vuçiçə əlavə intensiv terapiya tətbiq olunub. Təxminən 45 dəqiqə sonra amerikalı həkim briqadası gəlib və onun qan təzyiqini ölçüb. Onun qan təzyiqi 165/98 mm civə sütunu səviyyəsində olub. Bu isə onu göstərir ki, terapiyadan əvvəl təzyiq daha yüksək olub" - deyə, o əlavə edib.

Draqan Dinçiç vurğulayıb ki, müvafiq müayinə və analizlərdən sonra həkim konsiliumu Serbiya prezidentinin səhhətinin hal-hazırda sabit və qənaətbəxş olduğunu təsdiqləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice