BAKI, AzerVoice
ABŞ-da Adidas, Nike, Columbia və Skechers kimi tanınmış brendlər sifarişləri dayandırıb.
AzerVoice xəbər verir ki, ABŞ-ın aparıcı ayaqqabı istehsalçıları – Adidas, Nike, Columbia, Crocs, Skechers, Toms və Under Armour – ciddi iqtisadi təzyiqlərlə üzləşdiklərini bildirərək ABŞ prezidenti Donald Trampa birgə məktub ünvanlayıblar.
Məktubda şirkətlər, ayaqqabı məhsullarının qarşılıqlı əsasda tariflərdən azad edilməsini tələb ediblər. Onlar tariflərin yaratdığı “ekzistensial” təhlükə səbəbilə sifarişlərin dayandırıldığını, bir çox müəssisənin bağlanma riski ilə üz-üzə qaldığını vurğulayıblar.
Sənəddə qeyd olunur ki, qarşılıqlı tariflər onsuz da yüksək olan vergilərlə birlikdə bir çox şirkət üçün dözülməz səviyyəyə çatıb – bəzi hallarda 150%-dən 220%-ə qədər tariflər tətbiq edilir. Bu isə xüsusilə aşağı və orta gəlirli ailələr üçün sərfəli ayaqqabı təklif edən firmaları böyük risk altına salır.
Qeyd edək ki, məktubda ABŞ istehlakçıları üçün ayaqqabı ehtiyatlarının tezliklə tükənə biləcəyi və qiymət artımlarının qaçılmaz olacağı barədə xəbərdarlıq da yer alıb. Şirkətlər, xərclərin nə qədər artmasına baxmayaraq, bu yükü istehlakçılara ötürə bilmədiklərini bildirirlər.