14
BAKI, AzerVoice
Avropa İttifaqı (Aİ) ümid edir ki, ABŞ Avropanın təhlükəsizliyini təmin etməkdən imtina edəcək və diqqətini dünyanın digər bölgələrinə yönəldəcək.
AzerVoice xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Xalq Partiyasının Valensiyada keçirilən qurultayında çıxışı zamanı bildirib.
“Biz bilirik ki, təhlükəsizlik sahəsində Amerikanın diqqəti digər regionlara yönələcək. Buna görə də Avropada sülh o zaman davam edə bilər ki, Avropa liderləri daha çox məsuliyyəti öz üzərlərinə götürsünlər,” – deyə o bildirib.