Əsas səhifə » Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək

Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək

BAKI, AzerVoice

Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.

AzerVoice xəbər verir ki, seçki prosesində ümumilikdə 16 partiya iştirak edir.

Səsvermənin nəticələrinə əsasən qalib gələn siyasi qüvvənin lideri ölkənin 25-ci baş naziri olacaq.

Əslində, növbəti seçkilər bu ilin oktyabrında keçirilməli idi. Lakin keçmiş baş nazir Castin Trüdo mart ayının əvvəlində hökumət və Kanada Liberal Partiyasının lideri vəzifələrindən istefa verdikdən sonra, onun varisi Mark Karni aprelin 28-də növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Çünki Karni parlamentdə liberal partiyanın çoxluğa malik olmaması səbəbindən etimad səsverməsindən keçməyərək, hökumət başçısı postunu dərhal itirə bilərdi.

Trüdonun istefasından sonra liberal partiyanın xalq arasında dəstəyi sürətlə artıb. Kanada vətəndaşları ABŞ-la ticarət müharibəsi şəraitində hökumətin addımlarını dəstəkləyir. Belə bir vəziyyətdə Karni ictimai dəstəyi dəyərləndirərək, 2015-ci ildən bəri liberal partiyanın nail ola bilmədiyi çoxluq hökumətini formalaşdırmağa ümid edir.

Digər Kateqoriyalar

2025 © Azervoice