Əsas səhifə » Xamenei İranın Rəcai limanında baş verən partlayışla bağlı hərtərəfli araşdırma əmri verib

Xamenei İranın Rəcai limanında baş verən partlayışla bağlı hərtərəfli araşdırma əmri verib

BAKI, AzerVoice

İranın Ali Rəhbəri Əli Xamenei, ölkənin ən böyük limanında baş verən partlayışla bağlı təhlükəsizlik qurumlarına və məhkəmə orqanlarına istənilən səhlənkarlıq və ya qəsd halının hərtərəfli araşdırılmasını tapşırıb.

AzerVoice-un məlumatına görə, bu haqda Xameneinin vediyi açıqlamada deyilir.

"Təhlükəsizlik və məhkəmə orqanları hərtərəfli araşdırma apararaq istənilən səhlənkarlıq və ya qəsdi aşkara çıxarmalı və bunu qanuna uyğun şəkildə izləməlidirlər" – deyə açıqlamada bildirilib.

Xamenei hadisəni acı bir faciə olaraq xarakterizə edib və bunun kədər və narahatlıq doğurduğunu vurğulayıb.

"Bütün rəsmilər belə acı və ağır nəticəli hadisələrin qarşısını almaq üçün özlərini məsul hiss etməlidirlər" - deyə, Xamenei bildirib.

Qeyd edək ki, İranın cənubunda yerləşən "Rəcai" limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40 nəfəri keçib və təxminən min nəfər xəsarət alıb.

İranın hərbi sözçüsü limanda yanacağın idxal edildiyininə dair iddiaları təkzib edib, amma partlayışın səbəblərinə dair açıqlama verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice