Bakı. AzerPress:
Fransa Qəzzaya edilən humanitar yardım işlərində Türkiyə ilə birlikdə çalışa bilər.
AzerPress-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Dubayda keçirilən COP28 iqlim sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla olan görüşü zamanı bildirib.
Qəzzada baş verən hadisələrlə bağlı narahatlığını bildirən Makron, ölkəyə edilən humanitar yardım işlərində Türkiyə ilə birlikdə işlər görə biləcəklərini qeyd edib.
"Türkiyə ilə Fransa bir çox fərqli sahələrdə əməkdaşlıq edə bilər," - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 16 min 248 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.