Bakı, AzerVoice
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iyulun 13-də sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatının Butler bölgəsində yenidən mitinq keçirəcək.
AzerVoice xəbər verir ki, seçim kampaniyasının rəsmi saytında verilən məlumata görə mitinq oktyabrın beşinə keçiriləcək.
“Tramp sui-qəsd cəhdi zamanı həyatını itirən yanğınsöndürən Corey Comperatorenin xatirəsinə keçiriləcək mərasimə də qatılacaq. Hadisə zamanı yaralanan Ceyms Kopenhaver və Devidə təhlükəsizlik güclərinə, həmçinin hücumdan sonra ilk müdaxilə edən şəxslərə minnətdarlığını bildirəcək”-deyə açıqlamada bildirilib.
Açıqlamada, son 9 həftədə Trampın həyatına iki dəfə sui-qəsd edildiyinə diqqət çəkilərək, “ Tramp öz missiyasını sona qədər yerinə yetirməkdə hər zamankindən daha qətiyyətlidir”- deyilib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb. Mitinqdə iştirak edən 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Federal Təhqiqat Bürosu (FTB) sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.