Əsas səhifə » Qəzzadan əsirləri geri qaytarana qədər dayanmayacağıq

Qəzzadan əsirləri geri qaytarana qədər dayanmayacağıq

Bakı. AzerVoice:

Qəzzadan əsirləri geri qaytarana qədər dayanmayacağıq.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada 4 israilli məhbusun xilas edilməsindən sonra verdiyi açıqlamada bildirib.

“Biz missiyanı tamamlayana və Qəzzadakı israilli əsirləri diri və ya ölü evlərinə qaytarana qədər dayanmayacağıq" dedi.

Xatırladaq ki, bu gün İsrail ordusu Nusayrat qaçqınlar düşərgəsindən 4 əsiri xilas edib. Noa Arqamani (25 yaş), Almog Meir Jan (21 yaş), Andrey Kozlov (27 yaş) və Şlomi Ziv (40 yaş) əməliyyat nəticəsində xilas olunublar.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice