BAKI, AzerVoice
Transformatorun partlaması Panamanın böyük hissəsini elektriksiz qoyub.
AzerVoice xəbər verir ki, Panamada yerləşən Pan Am Elektrik Stansiyasında transformatorun partlaması ölkənin əksər hissəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Panama prezidenti Xose Raul Mulino X sosial media platformasında verdiyi açıqlamada elektrik stansiyasına ciddi ziyan dəydiyini və məsələ ilə bağlı təcili hesabat tələb etdiyini bildirib. "Boquete-də işıqsız qaldım. Bu, bağışlanmazdır. Mən dərhal Milli Dövlət Xidmətləri Korporasiyası (ASEP) və Enerji Katibliyindən hesabat tələb edəcəyəm", - deyə o vurğulayıb.
ASEP direktoru Zelmar Rodriguez Crespo təsdiqləyib ki, ölkədə genişmiqyaslı elektrik kəsilməsi məhz transformatorun partlaması nəticəsində baş verib. Hazırda texniki qruplar problemi aradan qaldırmaq üçün çalışırlar.
Qeyd edək ki, oxşar hadisə 2023-cü ildə də Panamada baş vermiş və milyonlarla insan uzun müddət işıqsız qalmışdı.