Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Macarıstan Ukraynanı enerji təchizatını kəsməklə hədələyib

    18 Avqust 2025 17:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Macarıstan, Ukraynanı Rusiya xam neftini Avropaya daşıyan “Drujba” neft kəmərinə hücum etməkdə ittiham edərək, elektrik enerjisi təchizatını kəsməklə hədələyib.

    AzerVoice xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto hücumdan sonra Rusiya neftinin Macarıstana nəqlinin dayandığını açıqlayıb. O, “Ukrayna yenidən Macarıstana gedən neft kəmərinə hücum edərək, ölkəmizə neft axınının kəsilməsinə səbəb oldu. Bu, enerji təhlükəsizliyimizə qarşı qəbuledilməz bir hücumdur” - deyə bildirib.

    Nazir əlavə edib ki, məsələ ilə bağlı Rusiya energetika nazirinin müavini Pavel Sorokin ilə danışıb və rusiyalı mütəxəssislərin transformator stansiyasının tezliklə işə bərpa olunması üçün çalışdıqlarını qeyd edib. Lakin neft nəqlinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

    Szijjarto həmçinin Avropa İttifaqını və Kiyevi tənqid edərək, “Brüssel və Kiyev üç il yarımdır ki, Macarıstanı Ukraynadakı müharibəyə çəkməyə çalışır. Açıq deyim: bu müharibə bizim deyil və biz iştirak etmək niyyətində deyilik”- deyə vurğulayıb. O, Ukraynanın enerji tələbatında Macarıstandan ixrac olunan elektrik enerjisinin mühüm rol oynadığını da xatırladıb.

    Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha isə hücumu təsdiq və ya təkzib etmədən bildirib ki, Budapeşt şikayətlərini Moskvaya ünvanlamalıdır.
    “Bu müharibəni başlayan və dayandırmaqdan imtina edən Ukrayna deyil, Rusiyadır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılı qalmaq üçün hər cür səy göstərir”. - deyə o bildirib.

    Qeyd edək ki, Macarıstan xam neftinin əsas hissəsini Belarus və Ukrayna ərazisindən keçən “Drujba” kəməri ilə idxal edir. Kəmər eyni zamanda Rusiya neftini Slovakiyaya da daşıyır. Neft nəqlində fasilə avqustun 13-də Ukraynanın Rusiyanın Bryansk vilayətindəki neft nasos stansiyasına pilotsuz təyyarələrlə zərbə endirməsindən sonra baş verib.

    #Rusiya #Macarıstan #Ukrayna #neft-qaz #Peter Siyarto #Rusiya-Ukrayna münaqişəsi #elektrik enerjisi kəsintisi #Budapeşt
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir

    30 Dekabr 2025 11:05

    Bu gün SSRİ quruldu

    30 Dekabr 2025 09:00

    Rusiyadan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    29 Dekabr 2025 15:27

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    29 Dekabr 2025 15:22

    Sülh planının 90 faizi üzrə razılıq əldə olunub - Zelenski

    29 Dekabr 2025 09:33

    Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb

    28 Dekabr 2025 23:00

    Tramp Putinlə telefon danışığını yaxşı və məhsuldar adlandırıb

    28 Dekabr 2025 21:21

    BMT münaqişələrin həllində daha fəal olmalıdır - Tramp

    28 Dekabr 2025 20:31

    Macarıstan Aİ-nin miqrasiya paktıni yerinə yetirməyəcək - Peter Siyarto

    28 Dekabr 2025 19:37

    Zelenski yeni hücumlar fonunda Avropa liderləri ilə danışıqlar aparacaq

    27 Dekabr 2025 17:34

    Rusiyanın Əsəddən imtinasının pərdəarxası - Bab əl-Hava görüşünün detalları

    27 Dekabr 2025 15:40

    Polşada iki hava limanı fəaliyyətini bərpa edib

    27 Dekabr 2025 14:30
    Demo
    XƏBƏR LENTİ

    Trampın ikinci prezidentliyi ABŞ Ədliyyə Nazirliyində hansı dəyişikliklərə yol açıb?

    Təyyarə qəzasında ölən liderlər -SİYAHI

    Bu gün Yeltsinin istefasından sonra Putin Rusiyanın müvəqqəti prezidenti oldu

    Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur

    Bu gün Panama kanalı Panamaya təhvil verildi

    Tarixdə bu gün – 31 Dekabr

    Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

    ABŞ İran–Venesuela pilotsuz uçuş aparatları əməkdaşlığına görə yeni sanksiyalar tətbiq edib

    Al Baraka Azerbaijan 2025-ci ildə 16 ölkədə 420 xeyriyyə layihəsi icra edib

    Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə paylaşım edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.