Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ÜST Tanzaniyada yayılmış ölümcül Marburq virusu barədə xəbərdarlıq edib

    15 Yanvar 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada yayılan ölümcül Marburq virusu səbəbilə 8 nəfərin öldüyünü açıqlayıb və epidemiyanın daha geniş miqyasda yayılma riskinə qarşı xəbərdarlıq edib.

    AzerVoice xəbər verir ki , ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus, sosial media platforması X-də (keçmiş Twitter) yayımladığı mesajda, yaxın günlərdə daha çox yoluxma halının qeydə alınacağı barədə xəbərdarlıq edib.

    9 şübhəli hadisə üzərində araşdırmalar davam edərkən, ÜST üzv ölkələri bu epidemiyaya qarşı tədbir görməyə çağırıb.

    Ghebreyesus, Tanzaniyanın qonşu ölkələrini sayıq olmağa və potensial yoluxma hallarına qarşı hazır vəziyyətdə olmağa çağırıb. O, eyni zamanda, risk altında olan ölkələrə Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı tövsiyə edib.

    Qeyd edək ki, Marburq virusu Ebola ilə eyni ailəyə mənsubdur və yüksək ölümcüllüyü ilə tanınır. Yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə qədər çata bilər. Virus əsasən yarasalardan insanlara keçir və yoluxmuş şəxslərlə təmas zamanı sürətlə yayılır.

    ÜST bildirib ki, Marburq virusuna qarşı xüsusi müalicə və ya təsdiqlənmiş peyvənd hələ mövcud deyil. Lakin bəzi qan məhsulları, dərmanlar və immunoterapiya üzərində işlər davam etdirilir.

    #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Tanzaniya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb

    23 Yanvar 2026 09:23

    Afrika Millətlər Kuboku: Mərakeş Tanzaniyanı minimal hesabla məğlub edərək 1/4 finala yüksəldi

    5 Yanvar 2026 09:23

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

    4 Dekabr 2025 11:06

    Qəzzada tibbi təxliyələrin gecikməsi 900-dən çox ölümə səbəb olub - ÜST

    17 Noyabr 2025 16:59

    Marburq virusu Efiopiyada epidemiya səviyyəsinə çatıb

    17 Noyabr 2025 16:15

    Səudiyyə Ərəbistanı region və dünyada təhlükəsizliyin təmininə dəstəyini təsdiqləyir

    12 Noyabr 2025 12:49

    Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?

    1 Noyabr 2025 19:33

    Qəzzadaki səhiyyə fəlakəti nəsillər boyu davam edəcək - ÜST baş direktoru

    22 Oktyabr 2025 13:48

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    “Estonia” sərnişin bərəsinin batması 852 nəfərin ölümü ilə nəticələndi

    28 Sentyabr 2025 11:36

    Azərbaycan və Tanzaniyə Baş prokurorluqları memorandum imzalayıblar

    23 Sentyabr 2025 14:25
    Demo
    XƏBƏR LENTİ

    Energetika naziri WPC Energy rəhbərliyi ilə görüşüb

    Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

    Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib

    Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim edildi

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb

    Osmanlı dövləti nə vaxt quruldu? 1299 mübahisəsi və yeni yanaşmalar

    Postmüharibə dövründə 29 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluq tədbirlərinə cəlb edilib

    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.