Bakı. AzerVoice:
Tehran vasitəçilərlə ABŞ prezidenti Co Baydenə üç amerikalı hərbçinin ölümünə cavab olaraq İran ərazisinə zərbələr endirməməsi barədə xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, bu haqda Britaniyanın Daily Mail qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, Vaşinqton hücüm edəcəyi təqdirdə, TehranABŞ-ın bütün Yaxın Şərqdəki hədəflərinə cavab tədbirləri görəcəyini vəd edir ki, bu da iki ölkə arasında genişmiqyaslı müharibəyə səbəb ola bilər.
Qeyd edək ki , İraqda İrana bağlı olan “Kataeb Hizbullah” qruplaşması Vaşinqton üç əsgərinin ölümü ilə nəticələnən pilotsuz təyyarə hücumuna “çox təsirli” cavab verəcəyini vəd etdikdən sonra ABŞ əsgərlərinə qarşı hücumlarını dayandırıb.
Birləşmiş Ştatlar bazar günü İordaniyanın ucqar səhra sərhəd bazasına pilotsuz uçan aparatların hücumuna görə “Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplaşmaları” günahlandırıb.
Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinin başlamasından sonra hücumda ilk Amerika hərbçisinin ölümü ABŞ-da seçki ilinin əvvəlində Vaşinqton və Tehran arasında gərginliyi artırdı.
ABŞ prezidenti Co Bayden administrasiyası rəsmilərin hücumdan uzaqlaşmağa çalışdığı İranla müharibə istəmədiyini bəyan edib.