Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    15 Noyabr 2025 09:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, İran heç vaxt təzyiq və hədələr qarşısında geri çəkilməyəcək və hərbi təcavüzlə iqtisadi terror ölkəni öz qanuni hüquqlarından imtina etdirməyəcək.

    AzerVoice xəbər verir ki,Nyu-Yorkda IAEA-nın hesabatı üzrə keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən İravani qeyd edib ki, Agentliyin hesabatları həmişə peşəkar və siyasətdən kənar olmalıdır.

    O vurğulayıb ki, nüvə enerjisi xüsusilə inkişaf edən ölkələr üçün həyati əhəmiyyət daşıyır və NPT (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə)-nin IV maddəsi ilə təmin olunan nüvə texnologiyasına çıxış danılmaz haktır. Bu hüququ məhdudlaşdırmaq NPT-nin mahiyyətinə ziddir.

    Diplomat bəzi dövlətlərin inkişaf etməkdə olan ölkələrin dinc nüvə texnologiyasına çıxışını məhdudlaşdırdığı halda, NPT-yə qoşulmamış İsrail rejimini silahlandırmasını ciddi ikili standart adlandırıb.

    İran nümayəndəsi 2025-ci ilin iyununda İsrailin İranın IAEA tərəfindən nəzarət olunan nüvə obyektlərinə genişmiqyaslı hücum etdiyini, ABŞ-ın da bu hücuma qoşulduğunu xatırladaraq bunun BMT Nizamnaməsinin, IAEA Nizamnaməsinin və beynəlxalq hüququn açıq pozuntusu olduğunu bildirib. O, həmin hücumların minlərlə insanın ölümünə və böyük dağıntılara səbəb olduğunu deyib.

    İravani qeyd edib ki, bütün bunlara baxmayaraq nə Agentlik, nə də Təhlükəsizlik Şurası bu qanunsuz hücumları pisləməyib. O həmçinin E3 və ABŞ-ın İranın dinc nüvə fəaliyyətlərini təhrif etdiyini, İsrailin isə bölgədə yeganə nüvə silahına malik ölkə olaraq cəzasız qaldığını vurğulayıb.

    O bildirib ki, İran heç vaxt JCPOA, NPT və təminat öhdəliklərini pozmayıb və diplomatiyaya sadiq qalıb. İnspeksiyaların dayandırılması isə hücumlardan sonra yaranmış məcburi nəticə olub.

    İran və IAEA sentyabrda prosesin bərpası üçün anlaşma imzalasa da, ABŞ və E3 bunu da pozmağa çalışıb. E3-ün “snapback” mexanizmini işə salmaq cəhdini isə İravani hüquqi qüvvəsi olmayan, qanunsuz addım adlandırıb, çünki 2231 saylı qətnamənin müddəti 18 oktyabr 2025-də bitib.

    İranın mövqeyi dəyişməzdir: ölkə yalnız hörmət, qanunilik və bərabərlik əsasında dialoqa açıqdır; təhdidlər və təzyiqlər İranı öz qanuni hüquqlarından imtina etdirməyəcək.


    #İran #BMT #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #nüvə turizmi #nüvə proqramı #İranın nüvə irəliləyişi #İran nüvə proqramı #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) #Əmir Səid İravani #NPT (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqın sabiq prezidenti Bərhəm Salih BMT-nin Qaçqınlar üzrə Ali Komissarı seçilib

    12 Dekabr 2025 16:45

    Qazaxıstan və İran hökumətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

    11 Dekabr 2025 16:31

    Hava çirkliliyi İranda hər il 50 min insanın ölümünə səbəb olur

    11 Dekabr 2025 14:16

    Cənubi Avstraliyada nüvə sualtı gəmilərin tikintisi başlayır

    11 Dekabr 2025 12:47

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq

    11 Dekabr 2025 12:21

    Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

    11 Dekabr 2025 12:13

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    İranda silahlı hücum nəticəsində 3 mühafizəçi həlak olub

    10 Dekabr 2025 17:52

    Ərdoğan Türkmənistana səfər edəcək

    10 Dekabr 2025 15:16

    İran, Çin və Səudiyyə Ərəbistanı Tehranda üçtərəfli görüşdə regional əməkdaşlığı müzakirə edib

    10 Dekabr 2025 10:40

    Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır

    9 Dekabr 2025 18:14
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.