Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    COP29-un miqyası, təşkilatçılıq səviyyəsi, iştirakçıların sayı və qəbul olunmuş qərarların keyfiyyəti ilə beynəlxalq ictimaiyyətin yaddaşına qazındığı bir zamanda, ard-arda problemlərlə üzləşən COP30 tam fərqli mənzərə yaradır. Biri qlobal iqlim gündəmini toparlayan, proseslərə dinamizm gətirən möhtəşəm bir tədbir kimi dəyərləndirilirsə, digəri koordinasiya çətinlikləri, gecikmələr və siyasi anlaşılmazlıqlarla gündəmdədir. Bu ziddiyyət, iqlim sammitlərinin gələcək etibarlılığı və effektivliyi baxımından mühüm suallar doğurur və iki tədbirin müqayisəsi qlobal iqlim diplomatiyasının hansı istiqamətə doğru dəyişdiyini anlamaq üçün xüsusi əhəmiyyət kəsb edir.

    Siyasi ekspert Şəhla Cəlilzadə mövzuyla bağlı AzerVoice-a açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 tədbiri tarixin ən uğurlu COP tədbirlərindən biri olaraq yadda qaldı. Məhz burada qlobal iqlim dəyişikliyi ilə mübarizədə on ildir gözlənilən mühüm irəliləyişlərə və əhəmiyyətli nəticələrə nail olunduğunu, həmçinin "yaşıl iqtisadiyyat"a keçid üçün tarixi bir mərhələnin başladığını demək olar.

    “2015-ci ildə qəbul olunan Paris İqlim Sazişinin 6-cı maddəsinin 2 və 4-cü bəndləri 9 il sonra məhz Bakıda tam olaraq razılaşdırıldı və təsdiqini tapdı. Son 15 ildə məhz Bakıda 300 milyard dollar həcminə yeni iqlim maliyyə hədəfi müəyyən olundu. Belə ki, 2009-cu ildə qəbul edilmiş 100 milyard dollar həcmində iqlim maliyyə hədəfinə 2022-ci ildə nail olunmuş, yeni hədəf uğrunda mübarizə gedirdi. Bakıda 2035-i ildən sonrakı növbəti iqlim maliyyə hədəfinin 1.3 trilyon dollar elan edilməsi uğurlu nəticələrdən biri kimi qeyd oluna bilər. Yüksək inteqrasiya olunmuş qlobal karbon bazarlarının fəaliyyətə başlaması üçün dövlətlərarası razılaşma əldə olundu. İtki və Zərər Fondu tam olaraq institutlaşdı. Bir sıra vacib sənədlər imzalandı. Mühüm vədlər verildi, məsələn Böyük Britaniya 2035-ci ilə qədər karbon emissiyalarını 1990-cı il səviyyəsindən 81% azaldacağına dair iqlim hədəfini elan etdi. Avstraliya iqlim dəyişikliklərindən zərər çəkən ən həssas insanlara bu zərəri bərpa etmək üçün qlobal İtki və Zərər Fonduna 32,5 milyon ABŞ dolları ayıracağını bəyan etdi və sair. Bütün bunlar, həmçinin Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması şübhəsiz ki, iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab olunur. COP30-da hər hansı xüsusi irəliləyiş əldə oluna bilməsə də, Tropik meşələrin qorunması üçün Fondun təsis olunması, həmçinin əlavə olaraq 11 ölkənin karbon emissiyasının azaldılması öhdəliyi götürməsi diqqətçəkicidir”.

    O, bildirib ki, həmçinin qeyd olunmalıdır ki, COP29 təhlükəsizlik baxımından olduqca uğurlu təşkil olunub. Halbuki, Braziliyada bu gün başa çatan COP tədbirində yanğın baş verib.

    “Böyük Britaniyada, Qlazqoda keçirilən 26-cı COP tədbiri 100 mindən çox insanın iştirakilə keçirilən etiraz aksiyası ilə, Fransada, Parisdə baş tutan COP21 terror hücumu və şəhərdə fövqəladə vəziyyətin elan olunması ilə, Danimarkada, Kopenhagendə baş tutan COP15 iqlim aktivistlərinin kütləvi həbsi ilə (900-dən çox insan həbs olunmuşdu), Polşada keçirilən COP24 kəskin hava şəraitinin yaratdığı logistik problemlərlə yadda qalmışdı. COP29 tədbiri zamanı isə hətta anti-Azərbaycan qüvvələrin Bakıya gəlmiş rəsmi, o cümlədən media nümayəndələri də ölkəmizin təşkilatçılığı ilə bağlı kiçik qüsurlar belə müəyyən edə bilməmişdi”.

    Siyasi ekspert qeyd edib ki, COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın təşkilatçılıq və liderlik qabiliyyətini, o cümlədən beynəlxalq nüfuzunu bir daha nümayiş etdirib.

    “Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Keçmiş ABŞ Prezidenti Co Bayden də COP29-da əldə edilən razılaşmanı “tarixi nəticə” kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və tərəfləri buna görə təbrik etmişdi. COP29 Azərbaycanın təhlükəsiz, sülhməramlı və nəticəyönümlü danışıqlar platforması olması haqda mövcud imici bir daha möhkəmləndirmişdir. Elə bu nəticəyönümlü danışıqlar sayəsində növbəti COP tədbirinin keçiriləcəyi məkan olaraq qardaş Türkiyə müəyyən olunub”,-deyə o əlavə edib.

    Siyasi ekspert Kazım Kazımov AzerVoice-a açıqlamasında bildirib ki,Bakıda keçirilən COP29 tədbiri iqlim zovələri tarixinə öz adını qızıl hərflərlə həkk etdi və bütün parametrlər üzrə COP29 və COP30-u müqayisə edərkən ortaya çıxan böyük fərq bütün dünya tərəfindən aydın şəkildə görülür.

    “1 il əvvəl Bakıda keçirilmiş COP29 həm təşkilatçılıq, həm iştirakçılıq, həm də qəbul olunmuş qərarların çəkisi baxımından nümunəvi bir format idi. COP29-un rəsmi prioriteti sürətli və davamlı emissiya azaldılmasıydı. Bu mesaj qlobal iqlim diplomatiyasının tonunu dəqiq müəyyənləşdirirdi. Ən önəmli məqam ondan ibarət idi ki, COP29-da inkişaf etməkdə olan ölkələr üçün maliyyə təminatını gərgin danışıqların sonunda konkret illik hədəfə ən azı 300 milyard ABŞ dollarına bağlamaq mümkün oldu. Bu, uzun illərdir qlobal iqlim prosesində ən böyük problem olan maliyyə məsuliyyətinin sonunda rəqəmlə ifadə edilməsi demək id”.

    O qeyd edib ki, Bakı sammitinin başqa bir uğuru isə Paris Sazişinin 6-cı maddəsinin beynəlxalq karbon bazarlarının tam şəkildə əməliyyatlaşdırılması qərar kimi qəbul olunması idi.

    “Bu qərar iqlim siyasətindən əlavə, qlobal investisiya proseslərinə də yeni cığır açdı.

    Üstəlik, COP29 iştirakçılıq baxımından da yüksək səviyyədə idi. Dövlətlərdən tutmuş investor birliklərinə, şəhərlərdən QHT-lərə qədər geniş spektr prosesə daxil edildi və bu, koordinasiyanın keyfiyyətinə bilavasitə təsir göstərdi. Bu səbəbdən mən COP29-u “nəticə yönümlü, sistemli və diplomatik etimad formalaşdıran” bir sammit kimi dəyərləndirirəm. Lakin Əfsus ki, COP30-da isə fərqli mənzərə ilə üzləşmişik”.

    O vurğulayıb ki, Braziliyanın Belem şəhərində keçirilən COP30-da logistika və təşkilati problemlər prosesə ciddi şəkildə zərbə vurdu.

    “Bir çox nümayəndə otel qiymətlərinin inanılmaz dərəcədə yüksək olmasından şikayət edirdi bəzi hotellərdə gecəlik 1000 dollardan artıq qiymətlər sadəcə yüksək deyil, həm də diplomatik iştirak üçün maneədir. Sadəcə maliyyə məsələsi deyil, təhlükəsizlik də gündəmə gəldi. Dünya mətbuatı yazdı ki, sammitin keçiriləcəyi məkan yanğın səbəbindən təxliyə edilib və bu, müzakirələrin tempini və işin ritmini pozub. Əsas müzakirə blokajı isə maliyyədir. COP29-da müəyyən edilmiş ən azı 300 milyard dollarlıq illik maliyyənin real tətbiqi COP30-da hələlik təmin edilməyib və bu məsələ danışıqların təxminən yarısını “dondurulmuş vəziyyətə” salıb. Bir çox ölkə yeni milli iqlim öhdəliklərini təqdim etmədiyi üçün həm koordinasiya, həm də razılaşma imkanları daralıb”.

    K.Kazımov deyib ki, COP30-nun gündəliyi geniş və çoxşaxəlidir, lakin bu qədər geniş mövzunun aşağılara endirilmədən, prioritetləşdirilmədən təqdim edilməsi icrasına risk gətirir.

    “COP29 qlobal iqlim münasibətlərində zirvə nöqtəsi, COP30 isə hazırda ard-arda yaşanan problemlər fonunda çətin sınaq təəssüratı yaradır. COP30 isə hazırda logistika, maliyyə, infrastruktur və diplomatik razılaşma məsələləri ilə sınağa çəkilir”.

    O, əlavə edib ki, COP29 ölkələrarası etimadı gücləndirdi. COP30 isə həmin etimadın qorunmasını çətinləşdirir.

    “Əlbəttə, sammit başa çatmamış yekun hökm vermək düzgün deyil. Lakin faktlar göstərir ki, əgər COP30 konkret nəticələrə çatmaq niyyətindədirsə, COP29-un qoyduğu bazanı xüsusilə maliyyə, karbon bazarları və öhdəliklərin icrasını real mexanizmlərlə möhkəmləndirilməlidir. Hazırkı mərhələdə isə hələ də suallar cavablardan çoxdur”.

    #Türkiyə #Azərbaycan #Bakı #ABŞ #Fransa #Böyük Britaniya #Braziliya #COP29 #Paris #QHT #COP30 #Belem #Qlazqo #COP15 #COP21 #COP24
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib

    22 Noyabr 2025 14:02

    COP30 sammitində iqlim razılaşması böhranı: Aİ layihəni rədd edir

    22 Noyabr 2025 13:24

    Sarkozi həbsxana xatirələrindən kitab yazıb

    22 Noyabr 2025 13:08

    D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir - Cəlil Xəlilov

    22 Noyabr 2025 12:47

    Cənubi Afrikada G20 Zirvəsi başlayıb

    22 Noyabr 2025 12:40

    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    22 Noyabr 2025 12:15

    Əkrəm İmamoğlunun oğlunun şirkətində maliyyə uyğunsuzluğu aşkar edilib

    22 Noyabr 2025 12:14

    Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

    22 Noyabr 2025 11:49

    Yasamaldakı yanğına səbəb olduğu iddia edilən restorandan AÇIQLAMA

    22 Noyabr 2025 11:34

    Hadisə şahidi olan tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı

    22 Noyabr 2025 11:21

    Yanğında ölənlərdən biri binanın MMMC-in sədri olub

    22 Noyabr 2025 11:09

    Tramp bu ölkədən olan miqrantları müvəqqəti yaşayış hüququndan məhrum etdi

    22 Noyabr 2025 11:00
    Demo
    XƏBƏR LENTİ

    Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib

    Arsenal Kenan Yıldız üçün hərəkətə keçdi

    İsrail son bir ildə Suriyanın əlavə 800 kvadrat kilometr ərazisini işğal edib

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    UEFA "Napoli"yə xəbərdarlıq etdi

    COP30 sammitində iqlim razılaşması böhranı: Aİ layihəni rədd edir

    Türkiyə Daxili İşlər Nazirliyi Mansur Yavaş haqqında araşdırma icazəsi verdi

    Sarkozi həbsxana xatirələrindən kitab yazıb

    D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir - Cəlil Xəlilov

    Cənubi Afrikada G20 Zirvəsi başlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.