Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Müharibə ilə əlaqədar 500-dən çox şəxs yüksək texnologiyalı, ən müasir protezlərlə təmin ediliblər

    6 Yanvar 2026 17:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır.

    AzerVoice xəbər verir ki, möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyaya aid 500-dən çox hərbçi yüksək texnologiyalı, ən müasir protezlərlə təmin olunub.

    Onlara ümumilikdə 620-dək son nəsil protez verilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur.

    Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.

    Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və bu, onların idman oyunlarında daha sərbəst, rahat hərəkətlər etməsinə imkan verir.

    AZ: müharibə əlilləri üçün protezlər, dövlət sosial dəstəyi, veteran reabilitasiyası TR: Azerbaycan savaş gazileri protez desteği, modern protez teknolojisi EN: Azerbaijan war veterans prosthetics support, high-tech prostheses program RU: протезы для инвалидов войны Азербайджан, социальная поддержка ветеранов

    Müharibə ilə əlaqədar 500-dən çox şəxs yüksək texnologiyalı, ən müasir protezlərlə təmin ediliblər
    #Azərbaycan #Bakı #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi #Vətən müharibəsi əlilləri #sosial müdafiə tədbirlər #müasir tibbi texnologiyalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti ilə görüş keçirilib

    11 Fevral 2026 23:27

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    11 Fevral 2026 21:47

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    11 Fevral 2026 21:24

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:23
    Demo
    XƏBƏR LENTİ

    12 Fevral: Maraşın Qurtuluşu, Bənnanın Qətli, Minsk Sülhü və Darvinin Doğum Günü - Tam Xronika

    Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

    “Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti ilə görüş keçirilib

    ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.