Əsas səhifə » PKK-nın tərksilah prosesi regionda müsbət nəticələr doğuracaq - İraqın Baş naziri

PKK-nın tərksilah prosesi regionda müsbət nəticələr doğuracaq - İraqın Baş naziri

BAKI, AzerVoice

İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani, PKK terror təşkilatının tərksilah prosesinin regionda müsbət nəticələr doğuracağını bildirib.

AzerVoice xəbər verir ki, bu haqqda İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlamada deyilir.

Açıqlamada, Sudani ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş telefon danışığı barədə məlumat verilib.

Söhbət zamanı PKK-nın silah buraxması məsələsinə toxunan Sudani bu addımın bölgədə sabitliyə töhfə verəcəyini qeyd edib.

“Bu addım, bölgənin sabitliyinə müsbət təsir göstərəcək, inkişaf səylərini sürətləndirəcək və xalqların xeyrinə nəticələr doğuracaq” - deyə, o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice