Əsas səhifə » Rusiya və Çin ilə nüvə məsələsinin həllində əməkdaşlığımız davam edir - İran XİN

Rusiya və Çin ilə nüvə məsələsinin həllində əməkdaşlığımız davam edir - İran XİN

BAKI, AzerVoice

İran Rusiyadan və Çindən dəstək alaraq nüvə proqramı ilə bağlı yaranmış böhranın həlli istiqamətində əməkdaşlığı davam etdirir.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bəyan edib.

“Rusiya və Çin dəfələrlə İranın nüvə məsələsi ilə bağlı diplomatik proseslərə konstruktiv şəkildə töhfə verməyə hazır olduqlarını vurğulayıblar. Hələlik bu ölkələrdən konkret təkliflər verilməsə də, onların dəstəyi və bu istiqamətdəki pozitiv yanaşmaları İran tərəfindən hər zaman dəyərləndirilir və əməkdaşlıq davam edir” – deyə, Bəqai bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi “Axios” nəşrinin Rusiyanın prezidenti Vladimir Putinin İrana uranın sıfır dərəcədə zənginləşdirilməsi şərti ilə ABŞ-la nüvə razılaşmasını qəbul etməyə çağırdığına dair iddialarını “çirkin və siyasi yönlü kampaniya” adlandırmışdı. Nazirlik Moskvanın bu məsələnin yalnız siyasi-diplomatik vasitələrlə həllinə tərəfdar olduğunu və qarşılıqlı məqbul çıxış yollarının tapılmasında yardım göstərməyə daim hazır olduğunu bir daha vurğulamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice