BAKI,AzerVioce
Almaniya kansleri Fridrix Merts, İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarını “çirkli iş” adlandıraraq bu hərəkətlərin qeyri-insani və beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb
AzerVioce xəbər verir ki, Merts, Qərbin İranı zəiflətməkdə uğursuzluğa düçar olduğunu bildirib və qeyd edib ki, İsrailin bu hücumları Tehrandakı hakimiyyət strukturuna zərbə vurmaq məqsədi daşıyır.
Lakin siyasi analitiklər bu yanaşmanın Qərbin İran xalqının müqavimətini və ölkənin daxili sabitliyini düzgün qiymətləndirməməsindən qaynaqlandığını bildirirlər.
Xatırladaq ki, Almaniya İsrailin başlıca dəstəkçilərindən biri kimi çıxış edir.
Ölkə bundan öncə Cənubi Afrikanın Haaqa Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada soyqırımla bağlı qaldırdığı iddia çərçivəsində də İsrailin lehinə mövqe sərgiləyib.