Bakı,AzerVoice
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Herzi Halevi bu gün (bazar günü) ordunun 7 oktyabr hücumlarının qarşısını ala bilmədiyini və buna görə məsuliyyət daşıdığını bildirib.
AzerVoice xəbər verir ki, bu haqda Halevi İsrail Yayım Qurumuna verdiyi açıqlamada deyib.
“İsrail ordusunun oktyabrın 7-də İsrail dövlətinin vətəndaşlarını qorumaq missiyasını yerinə yetirə bilməməsi faktına görə məsuliyyət daşıyıram və onun ağırlığını mənim üzərimdə hiss edirəm. hər gün çiyinlərimi çəkirəm və ürəyimdə onun mənasını tam başa düşürəm.Oğul və qızlarınızı geri qayıtmadıqları döyüşə və qaçırıldıqları ərazilərə göndərən komandir mənəm”-deyəo bildirib.
Baş Qərargah rəisi İsrailin Qəzza zolağında müharibəni başa çatdırmaqda qərarlı olduğunu da vurğulayıb.
“Biz missiyanı başa çatdırmaqda qərarlıyıq və bizə qarşı yönələn hər cür cəhdə güclə cavab verəcəyik”-deyə o bildirib.