Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Misir Qəzzanın Yenidən Qurulması Üçün Əhatəli Bir Konsepsiya Formalaşdırır

    14 Fevral 2025 13:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Misir Fələstinlilərin Öz Torpaqlarında Qalması Şərti ilə Qəzzanın Yenidən Qurulması Üçün Əhatəli Bir Konsepsiya Formalaşdırır.AzerVoice xəbər verir ki, bunu Misir XİN rəhbəri Bədr Əbdül-Əti Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı deyib. O bildirib ki, konsepsiya “erkən bərpa proqramlarının və layihələrinin həyata keçirilməsi, dağıntıların aradan qaldırılması və yenidənqurma işlərinin aparılması” ilə fələstinlilərin öz torpaqlarında qalmasını təmin etməyi hədəfləyir.

    Bəyanatda həmçinin vurğulanıb ki, Makron Misirin bu kontekstdə və regionda təhlükəsizliyin və sabitliyin dəstəklənməsi sahəsində həyata keçirdiyi səyləri yüksək qiymətləndirib və Fransanın bu təşəbbüslərə “fələstinlilərin öz torpaqlarında qalması” şərti ilə dəstək verir.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı son açıqlamaları və təklifləri beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib və müxtəlif reaksiyalara səbəb olub.

    Tramp, Luiziana ştatına səfəri zamanı jurnalistlərə verdiyi müsahibədə, fələstinlilərin Qəzza bölgəsinə qayıdışının səhv olacağını bildirib və Qəzzanı ABŞ-ın nəzarətinə götürərək, bölgəni iqtisadi baxımdan inkişaf etdirməyi planlaşdırdıqlarını qeyd edib.

    Bu açıqlamalar bir sıra beynəlxalq reaksiyalara səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İslam dünyasının Trampın Qəzza planının həyata keçməsinə icazə verməyəcəyini bəyan edib.

    HƏMAS-ın Siyasi Bürosunun üzvü İzzət ər-Rişk isə Trampın Qəzza ilə bağlı açıqlamalarını "cəfəngiyyat" adlandırıb və bu bəyanatların Fələstin və bölgə haqqında məlumatsızlığı əks etdirdiyini bildirib.

    BMT də Trampın Qəzza əhalisinin məcburi köçürülmə planı ilə razılaşmadığını ifadə edib.

    Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə Trampın Qəzza zolağına ABŞ qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürmədiyini bildirib.

    Bu təkliflər və açıqlamalar beynəlxalq ictimaiyyət və region ölkələri arasında geniş müzakirələrə səbəb olub.

    #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #Fələstin #Misir #Qəzza böhranı və ərəb mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir Xarici İşlər Naziri sabah Türkiyəyə səfər edəcək

    11 Noyabr 2025 14:53

    Qəzza zolağının infrastrukturunun 85%-i dağıdılıb

    11 Noyabr 2025 10:11

    Türkiyə və ABŞ XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    11 Noyabr 2025 09:07

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    10 Noyabr 2025 20:26

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    10 Noyabr 2025 19:05

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 15:24

    Müdafiə Nazirliyi Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 10:44

    Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir - Ərdoğan

    10 Noyabr 2025 10:40

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    9 Noyabr 2025 16:06

    Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxacaq - Ərdoğan

    9 Noyabr 2025 15:26
    Demo
    XƏBƏR LENTİ

    İstanbul Baş Prokurorluğu İmamoğlu təşkilatı işi üzrə ittiham aktını tamamlayıb

    Türkiyədə körpü çökməsi nəticəsində 3 işçi həyatını itirdi, 2 nəfər yaralandı

    Türkiyədən Qırğızıstana polad ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Misir Xarici İşlər Naziri sabah Türkiyəyə səfər edəcək

    Beyni daha güclü edən qidalar məlum oldu

    Pakistan paytaxtında güclü partlayış baş verib

    İran və Rusiya səfirləri Bağdadda İraq seçkiləri öncəsi son vəziyyəti müzakirə ediblər

    Türkiyə limanları 53 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    Korporativ və əmək münasibətlərində mediasiya

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.