BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Diyarbakır şəhərinin Kulp rayonunda tikintisi davam edən körpüdə dayaq konstruksiyasının çökməsi nəticəsində 3 işçi həyatını itirib, 2 işçi yaralanıb.
AzerVoice xəbər verir ki, hadisə Kulp-Muş avtomobil yolunda, rayonun Tepecik və Karabulak qəsəbələri arasında baş verib. Beton tökülməsi zamanı körpünün dayaq konstruksiyası çökmüşdür.
Hadisə yerinə jandarma, 112 Təcili Tibbi Yardım, AFAD və yanğınsöndürən ekipleri göndərilib.
Yaralılar ambulanslarla şəhər xəstəxanalarına çatdırılıb.