BAKI, AzerVoice, Nailə Babazadə
Bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 578 gəmi qəbul edib.
Bu barədə AzerVoice-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 972 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 606 olub.
2025-ci ilin yanvar - oktyabr ayında Türkiyə limanları 53 min 209 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 18 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 34 min 460 olub”, - deyə nazirlikdən bildirilib.