Əsas səhifə » Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir
Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş
heykəllərinə baxıblar.
AzerVoice bildirir ki, işğal zamanı
ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri
barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər
Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan
alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət
Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra
isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.