Əsas səhifə » Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik edib

BAKI, AzerVoice

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram."

Digər Kateqoriyalar

2025 © Azervoice