Əsas səhifə » Prezident İlham Əliyev: Bizim ŞƏT ilə yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar

Prezident İlham Əliyev: Bizim ŞƏT ilə yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar

BAKI,AzerVoice

Bizim Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar.

AzerVoice xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

"Hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır", - Prezident İlham Əliyev bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice