Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Müharibə Tarixi

    Fatihin ən çox çəkindiyi hökmdar kim idi?

    9 Noyabr 2025 13:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fatihin babası Yıldırım Bəyazid dövründə Şərqi və Orta Anadoluda aparılan fəthlər, Şərqdən Teymur təhlükəsini Osmanlıların üzərinə çəkmişdi.

    AzerVoice xəbər verir ki, Osmanlıların həmin bölgələri ikinci dəfə fəth etmələri isə Şərqdən yenə təhlükəli bir düşməni Anadoluya dəvət etdi. Şərqi Anadolu və İranı hakimiyyəti altında saxlayan Ağqoyunlu türkmən bəyi Uzun Həsən, dağıdılan Anadolu bəyliklərinin təhriki ilə Fatihə qarşı hərəkətə keçdi.

    Uzun Həsənin dəstək verdiyi Karamanoğulları Osmanlılar qarşısında məğlub olduqları üçün onun qarşısında iki seçim vardı: ya baş verənləri qəbul edəcəkdi, ya da hakimiyyət iddiasını müharibə ilə təsdiqləyəcəkdi. Nəticədə Venesiya, Macarıstan və Papa¬nın da təhriki ilə Osmanlılara qarşı müharibə açmağa qərar verdi. Elə bil Teymurun dövrləri geri qayıdırdı. Lakin Yıldırım Bəyaziddən miras qalan eyni məqsədləri daşıyan Fatih Sultan Mehmed, Şərqin türkmən əsilli hökmdarı ilə rahatlıqla qarşı-qarşıya dura biləcək gücə sahib idi.

    1472-ci ildə Tokadı işğal edən Ağqoyunlu əsgərləri, şəhərdə böyük dağıntı və qətliam törətdilər. Ardınca Karaman bölgəsini də işğal etdilər. Bunun üzərinə Osmanlı qüvvələri hərəkətə keçdi və Ağqoyunlu–Karaman qoşunlarını məğlub etdi.

    Artıq iki dövlətin birbaşa qarşılaşması qaçılmaz idi. Lakin əvvəlcə hər şey Osmanlıların əleyhinə inkişaf etdi. Hadisələr elə idi ki, Teymurun dəhşət saçdığı dövrlərin fəlakətlərinin yenidən qayıdacağına işarə edirdi. Fatih Sultan Mehmedin oğlu Şehzadə Bəyazidin komandanlığı altındakı qüvvələr Gümüşhacıköy–Şebinkarahisar bölgəsində Ağqoyunlu Zeynəl Xana məğlub oldu. İran istiqamətinə göndərilən Mihaloğlu Əli bəy Fərat çayına qədər irəlilədi, lakin o da uğursuzluğa düçar oldu və adamlarının geri qalanı ilə birlikdə bir qalaya sığınmaq məcburiyyətində qaldı.

    Rumeli bəylərbəyi Has Murad vəziyyətdən narahat oldu və türkmən yüngül süvari qüvvələrinin gözlədiyi sərhəd torpaqlarına çatanadək dayanmadı. Uzun Həsən burada Osmanlı qüvvələrini mühasirəyə aldı. Has Murad, Ağqoyunlu “Kör Zeynəl” ilə mübarizə zamanı həlak oldu. Turahanoğlu Ömər bəy, Hacı bəy, Əhməd Çələbi və digər Osmanlı komandanları əsir alınaraq Uzun Həsənin qərargahına gətirildilər. Mihaloğlu Əli bəyin qardaşlarından biri döyüşdə öldü, digəri isə əsir düşdü. Mihaloğlu Əli bəy isə yaralı halda qaçmaq məcburiyyətində qaldı.

    Qazandıqları qələbələrlə qürurlanan Ağqoyunlular Osmanlılara son zərbəni vurmağa hazırlaşırdılar. Lakin 11 avqust 1473-də iki dövlət arasında baş verən Otlukbeli döyüşündə Osmanlılar böyük qələbə qazandılar. Uzun Həsən ikinci bir Teymur ola bilmədi. Osmanlılar da 50 ildir davam edən “Teymur kompleksi”ndən və Şərqdən gələcək təhlükə qorxusundan qurtuldular.
    Venesiyalıların daha sonra Uzun Həsənlə yenidən ittifaq qurma səyləri də nəticə vermədi.

    #Osmanlı dövləti tarixi #Osmanlı donanması #İstanbulun fəthində Osmanlı donanması #Ağqoyunlular və Teymur #Fəthin Osmanlı tarixinin inkişafına təsirləri #Osmanlı tarixi #Uzun Həsən #Yıldırım Bəyazid
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün ilk Osmanlı konstitusiyası qəbul edilib

    23 Dekabr 2025 09:00

    Osmanlıda qeyri müsəlmanlara kölə saxlamaq niyə qadağan edilmişdi?

    21 Dekabr 2025 19:50

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    14 Dekabr 2025 11:35

    Fatihin son səfəri hansı ölkə üzərinə idi?

    29 Noyabr 2025 14:50

    Fatih Sultan Mehmet kimləri məğlub etdi?

    16 Noyabr 2025 15:05

    Dünyanın ilk qaradərili döyüş pilotu: Əhməd Çelikten kimdir?

    15 Noyabr 2025 00:37

    Tarixdə bu gün –15 Noyabr

    15 Noyabr 2025 00:01

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    Fatih Sultan Mehmedin Krımı fəthi

    24 Oktyabr 2025 12:00

    Fateh Anadoluda hansı bölgələri fəth etdi?

    11 Oktyabr 2025 16:10

    Çadırdan qübbəyə - Türk memarlıq düşüncəsinin təkamülü

    8 Oktyabr 2025 01:00

    Tarixdə bu gün - 7 oktyabr

    7 Oktyabr 2025 00:01
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondu İtaliyanın Laurentum mükafatı ilə təltif olunub

    Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

    Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik

    Prezident İlham Əliyev: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı

    Viktor Orban Prezident İlham Əliyevi təbrik edib

    Prezident İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.