Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Müharibə Tarixi

    Keating Döyüş Postunda Böyük Mübarizə: Kamdeşdəki Taliban Hücumu və ABŞ-ın Qələbəsi

    28 Mart 2025 17:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    3 oktyabr 2009-cu ildə 300-dən çox Taliban döyüşçüsü ABŞ Ordusunun Kamdeşdəki Keating Döyüş Postuna (COP) hücum etdi. Orada xidmət edən, 50-yə yaxın Black Knight Troop (3-61 Kavaleriya Alayı, 4-cü Briqada Döyüş Komanda Qrupu, 4-cü Piyada Diviziyası) əsgərləri Taliban qüvvələrindən xeyli az idilər. Lakin ciddi döyüş hazırlıöı və silah üstünlüyü nəticəsində ABŞ ordu birlikləri Taliban qüvvələrinə qalib gəldilər.

    Lakin döyüş zamanı 8 amerikan əsgəri öldü və 22-si yaralandı.

    Kamdeş Döyüş Postu yaxşı bir mövqe deyildi
    Keating Döyüş Postu (COP) 2006-cı ildə yaradılmışdı. Əfqanıstanın Nuristan əyalətindəki Landai Sin vadisində yerləşən bu mövqe, oraya təyin edilən əsgərlərin əksəriyyəti tərəfindən ən pis mövqe olaraq qiymətləndirilmişdi. Dağlar vadinin üzərində yüksəlir və Keating Postunu yeksəkliklərdən edilən hücümlara qarşı müdafiəsiz edirdi.Həmçinin, yolun olduqca pis olması bu posta əlavə qüvvələrin göndərilməsini olduqca çətin edirdi.

    Bütün bu mənfi tərəflərinə baxmayaraq, Keating Postu, Pakistan sərhədinə yaxınlığından dolayı seçilmişdi. Bu bölgə, Pakistan ilə təchizat xətləri olan anti-koalisiya qüvvələri üçün əhəmiyyətli idi və burada yerləşən müttəfiq qoşunların, sərhəd boyunca birləşən üç vadi sisteminin içərisində silahların və döyüşçülərin axınını dayandıracağı düşünülürdü.

    Postun əsas rolu, əhali ilə əlaqələr qurmaq və Taliban qüvvələrinə qarşı mübarizə aparmaq idi. Lakin Taliban qüvvələri bu ərazidən keçməyə davam edirdi. Üç il sonra, Keating Postu, müdafiəsinin zəif olmasına görə, olduqca riskli olaraq qiymətləndirildi və avqust 2009-cu ildə bağlanması planlaşdırıldı.

    Keating Postu açıldığından bəri, bu bazada tez-tez atıcı və minaatan atəşləri ilə qarşılaşılıb, amma 2009-cu ildə bu hücumlar daha da artmışdı – ilin ilk 9 ayında bu posta 212 hücum olmuşdu. Həmçinin, bazanın bağlanmasının gecikməsi, uyğun nəqliyyat vasitələrinin olmaması və ABŞ Prezidenti Barak Obama ilə Əfqanıstan Prezidenti Hamid Karzai arasındakı böhran səbəbindən baş verdi. Bu, Black Knight Troop-un zəif mövqeyə düşməsinə səbəb oldu – fəlakət isə qaçılmaz idi.

    Kamdeş Döyüşü necə başladı?

    3 oktyabr 2009-cu il, saat 3:00-da 300 Taliban döyüşçüləri Kamdeşə gəldilər. Xəlvəti bölgəyə girən Taliban siıahlı birlikləri, səhər namazlarını qıldıqdan sonra Keating Postuna Sovet istehsalı olan B-10 tüfəngləri, ağır pulemyotlar, raketli qumbaraatanlar (RPG-lər) və minaatan atəşləri ilə hücum etdilər.

    Taliban qüvvələri işğalçı qüvvələrin tabemiliyində olan bazanın planı və silahları haqqında geniş məlumat sahib idilər.

    Keating Postuna hücum edən döyüşçülərdən bir hissəsi isə yaxınlıqdakı Observation Post Fritsche-ni hədəf aldı. Saat 6:03-də, postdan təcili xəbərdarlıq gəldi: “FRITSCHE və KEATING CİDDİ DÜŞMƏN ATƏŞİNDƏDİR.”

    Daha sonra döyüşdə ilk ABŞ əsgəri başından vurularaq öldü. Bu döyüşdə Taliban qüvvələrini üstün edən snayperlərin olması idi.ABŞ əsgərləri, tank hücumlarına qarşı mühafizə üçün hazırlanmış Humvee-lərdən atəş açmağa çalışdılar, lakin silahlarının sursatı bitdikcə, düşmənin üstünlüyü daha da artdı.

    Keating Postunun müdafiəsi Talibanın şiddətli hücumu qarşısında olduqca zəifləyirdi. Keating ətrafındakı Əfqan Milli Ordusunun əsgərləri mövqelərini qorumağa çağırıldılar, amma münaqişə artdıqca onların hamısı qaçdı. ABŞ əsgərləri bildirdilər ki, əfqan əsgərləri, heç biri postda qalmayaraq, qaçıb gizlənmiş və ya bazadakı avadanlıq və təchizatları oğurlamışdılar.

    Taliban döyüşçüləri bazaya girib əsas binaları yandırmağa başladılar. Bir saat sonra, Keating Postunun müdafiəçiləri geri çəkilməyə məcbur oldular və sonradan qalan ABŞ əsgərləri, digər əraziləri yenidən ələ keçirmək üçün cəmləşdilər.

    Boeing AH-64 Apache helikopterləri, hava dəstəyi verərək Taliban mövqelərini dağıtmağa başladılar. Məhz hava dəstəyindən sonra, məğlub olan Taliban döyüşçüləri geri çəkildi və gecə saat 7-də Keating Postu tamamilə təhlükəsiz oldu.

    #Taliban #Həmid Kərzai Taliban hökumətinə nə dedi? #Kamdeş Döyüşü #ABŞ Ordusu və Taliban #Keating Döyüş Postu #300 Taliban döyüşçüsü #ABŞ Ordusunun şücaəti #2009 Kamdeş döyüşü #ABŞ və Taliban döyüşü #Keating postunun müdafiəsi #ABŞ Ordusunun qələbəsi #Talibanın məğlubiyyəti #Kamdeş döyüşü haqqında #ABŞ Ordusunun qalibiyyəti #Talibanın hücumunun təhlili #Kamdeş döyüşü şücaəti #Keating Postu və mübarizə #ABŞ Ordusu Kamdeşdəki döyüş #300 Talibanın məhv edilməsi #Kamdeşdəki ən böyük döyüş #Kamdeş döyüşünün nəticələri #Kamdeşdəki qəhrəmanlıq #Taliban hücumlarına qarşı mübarizə #Keating Döyüş Postunun müdafiəsi #ABŞ əsgərlərinin cəsarəti #Kamdeşdə Taliban qarşısında mübarizə #Kamdeş döyüşü: Sayca az olan ABŞ əsgərləri və böyük qələbə #Keating Postu: ABŞ Ordusunun şücaəti və cəsarəti #Kamdeşdəki şücaət və döyüş #Kamdeş döyüşü: ABŞ ordusunun hərbi strategiyası #Kamdeş döyüşü və onun təsiri #Kamdeşdəki böyük döyüş və qələbə #Kamdeş döyüşü və ABŞ ordusunun qeyri-adi mübarizəsi #Talibanı məğlub edən ABŞ əsgərləri #Keating Postu və Kamdeş döyüşü haqqında məlumat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

    6 Dekabr 2025 13:05

    Pakistan 48 saatlıq atəşkəs elan edib

    15 Oktyabr 2025 17:32

    Pakistan və Əfqanıstan arasında gərginlik - beynəlxalq ictimaiyyət təmkin və dialoqa çağırır

    12 Oktyabr 2025 12:38

    Bu gün Malala Yusufzay Nobel Sülh Mükafatına layiq görülüb

    10 Oktyabr 2025 02:00

    Bu gün ABŞ Əfqanıstanı işğal etməyə başladı

    7 Oktyabr 2025 09:10

    İran, Çin, Pakistan və Rusiya Əfqanıstanla bağlı birgə bəyanat verib

    26 Sentyabr 2025 11:52

    Tramp deyir ki, Əfqanıstan Baqram bazasını ABŞ-a qaytarmasa, pis şeylər olacaq

    21 Sentyabr 2025 09:10

    Trampın ələ keçirmək istədiyi Bağram - Çin nüvə silahlarının istehsal edildiyi yerdən bir saatlıq məsafədədir

    19 Sentyabr 2025 15:00

    Taliban deyir ki, Tramp yolagediləsi adamdır

    14 Sentyabr 2025 18:34

    Rusiya, ABŞ və Çin Əfqanıstan uğrunda sülh yolu ilə rəqabət aparmalıdır - Taliban

    20 Avqust 2025 11:36

    Əfqan casuslar haqqında Gizli Siyahı Mediaya Sızdı

    22 İyul 2025 09:00

    Haaqa Məhkəməsi Taliban liderləri barədə həbs qərarı verib

    8 İyul 2025 18:04
    Demo
    XƏBƏR LENTİ

    Haaqa Darfurdakı cinayətlərə görə qruplaşma liderinə 20 il həbs cəzası verib

    Dünya mediasında Fələstin kitabı çap olunub

    İsrail yardım və yük daşımaları üçün İordaniya sərhəd-keçid məntəqəsini yenidən açır

    Türkiyə İsrailin BMT binasını müsadirə etməsinə münasibət bildirib

    Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır

    Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 12 milyon nəfəri keçib (ÖZƏL)

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    Papa və Zelenski Ukraynadakı müharibə və sülh təşəbbüslərini müzakirə edib

    Prezident İlham Əliyev: Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.