Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nəcat Qaçqınlar Düşərgəsinin sakinləri həyat üçün zəruri olan ən əsas ehtiyacların belə çətin tapıldığı bir şəraitdə bərəkət, xeyirxahlıq və həmrəylik ayına – Ramazana hazırlaşır və daha gözəl Ramazan günlərinin xəyalını qururlar.

    AzerVoice xəbər verir ki, İsrailin blokadası və hücumları altında yaşayan qəzzalılar artıq 3 ildir ki, çadır şəraitinin ağır şərtləri ilə mübarizə aparır. Sabit və ləyaqətli həyat imkanından məhrum edilən fələstinlilər siyasi və hərbi qeyri-müəyyənliyin davam etdiyi, sığınacaq və qida kimi ən elementar ehtiyacların belə tam ödənilmədiyi bir mühitdə həyata tutunmağa çalışırlar.

    Ramazanı adətən böyük coşqu ilə, sanki bayram kimi qarşılayan qəzzəlilər bu il də çadırlarda belə Ramazan hilalının sönməyəcəyini və onun fələstinlilər üçün ümid rəmzi olduğunu göstərməyə çalışırlar.

    Bu məqsədlə Nəcat düşərgəsinin sakinləri də hazırlıqlara başlayıblar. Düşərgədə çadırlara “xeyirli Ramazanlar” yazıları asılıb, Ramazan fənərlərinin təsvirləri çəkilib, ərazi başdan-başa Fələstin bayraqları ilə bəzədilib. Axşam saatlarında işıqlandırma üçün bayraqların arasına lampalar yerləşdirilib, led işıqlarla dekorasiya edilib.

    Düşərgə məscidinin üzərində böyük bir fənər asılıb, meydançaya isə uşaqlar üçün yelləncəklər və trambolin qurulub. Uşaqlar Ramazan boyu davam edəcək bu əyləncələrə artıq indidən başlayıblar.

    Düşərgə sakinləri, gəncindən yaşlısına qədər, hücumların dayandığı, itkilərin olmadığı sakit bir Ramazan arzuladıqlarını bildirirlər.

    Düşərgə sakinlərindən olan uşaq Məhəmməd Abdulfəttah Fucu bildirib ki, “Bu çətin şəraitdə, blokada və yaşadığımız ağrılara baxmayaraq, özümüzü sevindirməyə çalışdıq və buna görə düşərgəni bəzədik.”

    O qeyd edib ki, Ramazanın özünəməxsus ənənələri var və bəzəklər də bunlardan biridir. Fucu iftar və imsak vaxtlarında bir araya gəldiklərini, bunun Qəzzədə müqəddəs sayılan dəyərlərdən olduğunu deyib.

    O, İslam dünyasına müraciət edərək Ramazan ayında bombardmanların dayandırılmasını istəyib və bildirib ki, heç bir ailə süfrə arxasında yaxınlarından birini itirmək istəmir.

    Digər uşaq Dima Zuğrub isə karton qutulardan fənərlər hazırladıqlarını deyərək, Ramazanı böyük ümid və evlərinə qayıtmaq arzusu ilə qarşıladıqlarını vurğulayıb. O, köç etdikləri Rəfahı çox darıxdıqlarını və tezliklə evlərinə qayıtmaq istədiklərini bildirib.

    Düşərgə sakini Əbu Mahmud Aşur da bu il Ramazanın yenə ağır şərtlər altında qarşılandığını qeyd edərək, Rəfahdan Xan Yunisə köç etdiklərini və bu Ramazanın əvvəlkilərdən daha yaxşı keçəcəyinə ümid etdiklərini söyləyib.

    #Qəzza #Qəzza zolağı #Ramazan orucu #Ramazan ayı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Ramazan sahuru #Ramazan bayramı #Ramazan 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ramazan ayı ilə bağlı fətva verildi

    17 Fevral 2026 12:15

    Ramazan ayının təqvimi açıqlandı

    17 Fevral 2026 11:10

    Ramazan orucunun sirri: Keçmiş günahlar necə bağışlanır?

    17 Fevral 2026 05:00

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    Gün aşırı oruc tutmağın sirləri: Peyğəmbərimizin ən böyük tövsiyəsi

    16 Fevral 2026 09:59

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23
    XƏBƏR LENTİ

    Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    Keçən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    Azərbaycanda elektron siqaret satanlar cərimələnəcək

    Yanvarda Türkiyə-Rusiya hazır geyim ticarətində yüksəliş (ÖZƏL)

    Bakıda NATO-nun təlim kursu keçirilir

    AzerGold” QSC 2025-2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrası üzrə yeni mərhələyə start verib.

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    Livan və Suriya cəbhələri birləşir: İsrailin yeni hərbi strategiyası

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.