Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Hizbullahın gizli dəniz layihəsi barədə məlumatlar əldə edilib - İsrail ordusu

    20 Dekabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail ordusu Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının dənizlə bağlı gizli fəaliyyətlərinə dair yeni iddialar səsləndirib. İsrail tərəfinin açıqlamasına görə, təxminən bir il əvvəl saxlanılaraq İsrailə aparılan İmad Əmhez istintaq zamanı təşkilatın dəniz layihəsi ilə bağlı mühüm məlumatlar verib.

    İsrail ordusunun ərəbcə rəsmi nümayəndəsi Aviçay Adraei sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, əməliyyat İsrail Hərbi-Dəniz Qüvvələrinin xüsusi bölməsi tərəfindən, hərbi kəşfiyyatın dəniz bölməsinin yönləndirməsi ilə Livanın şimalındakı Bətrun şəhərində həyata keçirilib. Onun sözlərinə görə, saxlanılma Livan–İsrail sərhədindən təxminən 140 kilometr aralıda baş verib.

    Açıqlamada qeyd olunur ki, İmad Əmhez İran və Livanda hərbi hazırlıq keçib və “Hizbullah”ın sahilyanı raket bölməsində fəaliyyəti çərçivəsində dəniz sahəsində geniş təcrübə əldə edib. İsrail ordusu həmçinin onun Livandakı mülki dənizçilik akademiyalarından birində təhsil aldığını iddia edərək, bunu təşkilatın mülki strukturlardan istifadəsinə nümunə kimi təqdim edib.

    İsrail tərəfinin bildirdiyinə görə, istintaq zamanı Əmhez “Hizbullah”ın dəniz fəaliyyəti ilə bağlı ən məxfi layihələrdən birində mühüm rol oynadığını etiraf edib. Verilən məlumatların, dəniz fəaliyyətlərinin mülki örtük altında təşkili və mümkün hücum planları ilə bağlı olduğu iddia olunur.

    Açıqlamada həmçinin qeyd edilib ki, İsrail ordusunun iddiasına əsasən, sözügedən dəniz layihəsi təşkilatın rəhbərliyi tərəfindən idarə olunub və bu istiqamətdə bir neçə yüksək vəzifəli şəxsin prosesdə iştirak etdiyi bildirilir. İsrail tərəfi təqdim edilən məlumatlar əsasında layihənin irəliləyişinin dayandırıldığını vurğulayıb.

    İsrail ordusu “Hizbullah”ın dənizlə bağlı fəaliyyətlərinin İranın maddi və ideoloji dəstəyi ilə inkişaf etdirildiyini iddia edərək, bu vəsaitlərin Livanın sosial-iqtisadi inkişafına deyil, hərbi fəaliyyətlərə yönəldildiyini bildirib. Açıqlamada İsrailin təhlükəsizlik riskləri gördüyü istiqamətlərdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

    #İsrail Hizbullahın dəniz fəaliyyəti ilə bağlı yeni iddialar irəli sürdü #İsrail ordusu: Hizbullahın gizli dəniz layihəsi barədə məlumatlar əldə edilib #İsrail tərəfi Livandakı dəniz strukturları ilə bağlı açıqlama verdi #İsrailin iddiası: Hizbullahın dəniz layihəsi necə ifşa edilib? #Livan ətrafında dəniz təhlükəsizliyi müzakirələri #İsrail–Hizbullah gərginliyində yeni mərhələ #İsrail Hizbullahın dəniz strukturları barədə məlumat yaydı #İsrail ordusundan Livanla bağlı yeni açıqlama #Dəniz fəaliyyəti ilə bağlı İsrail–Hizbullah qarşıdurması #İsrail Hizbullahın dəniz fəaliyyəti ilə bağlı iddialar səsləndirdi #Israel claims Hezbollah’s maritime project exposed #Israel releases details on alleged Hezbollah naval activities
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hizbullahın gizli dəniz layihəsi barədə məlumatlar əldə edilib - İsrail ordusu

    20 Dekabr 2025 02:00

    SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur

    19 Dekabr 2025 22:29

    Misirin Baş naziri Livana səfər edib

    19 Dekabr 2025 20:50

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    19 Dekabr 2025 20:10

    Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

    19 Dekabr 2025 19:56

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35

    İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir

    19 Dekabr 2025 04:00

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    18 Dekabr 2025 23:30

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    18 Dekabr 2025 20:05

    SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

    18 Dekabr 2025 19:30
    Demo
    XƏBƏR LENTİ

    Hizbullahın gizli dəniz layihəsi barədə məlumatlar əldə edilib - İsrail ordusu

    Tarixdə bu gün – 20 Dekabr

    Kocaelidə aşkar edilən Orlan-10 PUA-sı ilə bağlı yeni detal məlum olub

    SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur

    Türkiyədə şəhərsalma yenilənməsi ilə 2,3 milyondan çox bina yenilənir

    Türkiyədə Orlan-10 tipli Rus PUA-sı tapılıb

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    UFC-nin ən güclüsü - İslam Mahaçev kimdir?

    Misirin Baş naziri Livana səfər edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.