Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Misirin Baş naziri Livana səfər edib

    19 Dekabr 2025 20:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Misir Livan və İsrail arasında yaranmış gərginlik fonunda eskalasiyanın qarşısının alınması məqsədilə diplomatik fəaliyyətini davam etdirir.

    AzerVoice xəbər verir ki, Misirin Baş naziri Mustafa Mədəbuli Beyruta səfəri zamanı bu mövzuda açıqlama verib.

    Mədəbuli Livanın Baş naziri Nəvvaf Salam ilə birgə mətbuat açıqlamasında bildirib ki, Misir Livan–İsrail xəttində vəziyyətin daha da gərginləşməməsi üçün səylər göstərir. Onun sözlərinə görə, Qahirə regional prosesləri yaxından izləyir və tərəflərlə təmaslarını davam etdirir.

    Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlər, həmçinin regionda mövcud təhlükəsizlik və siyasi vəziyyəti müzakirə ediblər. Mədəbuli’nin Beyruta səfəri Misirin xarici işlər naziri və kəşfiyyat rəhbərinin Livana əvvəlki səfərlərindən sonra baş tutub.

    Bu fonda ABŞ-nin vasitəçiliyi ilə İsrail və “Hizbullah” arasında ötən il əldə olunmuş atəşkəsin icrasına nəzarət edən mexanizmin növbəti iclası keçirilib. Livan–İsrail sərhədi yaxınlığında baş tutan görüşdə təhlükəsizlik koordinasiyası və mövcud mexanizmin fəaliyyəti müzakirə olunub.

    ABŞ-ın Beyrutdakı səfirliyinin yaydığı məlumata görə, iclasda iştirak edən hərbi nümayəndələr əməliyyat vəziyyəti ilə bağlı məlumat verib, mülki nümayəndələr isə mülki əhalinin geri qayıdışı, bərpa prosesləri və iqtisadi məsələlərə diqqət yönəldiblər. Bildirilib ki, təhlükəsizlik və siyasi proseslər bir-biri ilə əlaqəlidir.

    Livan hökuməti isə ilin sonunadək Litani çayının cənubundakı ərazilərin “Hizbullah”ın silahlı mövcudluğundan təmizlənməsini planlaşdırdığını açıqlayıb.

    #Misir Livan–İsrail gərginliyi fonunda diplomatik təmaslarını davam etdirir #Livan–İsrail xəttində vəziyyət müzakirə olunur #Misirin Baş naziri Beyrutda regional gərginliklə bağlı açıqlama verdi #Livan–İsrail sərhədində gərginlik: Misirin mövqeyi nədir? #Livan–İsrail prosesləri diplomatik gündəmdə #Beyrutda regional təhlükəsizlik müzakirələri #Misir Livan–İsrail gərginliyi ilə bağlı təmaslarını davam etdirir #Beyrutda regional təhlükəsizlik müzakirə edilib #Livan–İsrail xəttində proseslər izlənir #Misir Livan–İsrail gərginliyi fonunda diplomatik fəaliyyətini davam etdirir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misirin Baş naziri Livana səfər edib

    19 Dekabr 2025 20:50

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    19 Dekabr 2025 20:10

    Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

    19 Dekabr 2025 19:56

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35

    İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir

    19 Dekabr 2025 04:00

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    18 Dekabr 2025 23:30

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    18 Dekabr 2025 20:05

    SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

    18 Dekabr 2025 19:30

    Parisdə Livan Ordusuna dəstək və Hizbullahın tərksilahı müzakirə edilib

    18 Dekabr 2025 19:13

    İsrail döyüş təyyarələri Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib

    18 Dekabr 2025 16:16
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə Orlan-10 tipli Rus PUA-sı tapılıb

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    UFC-nin ən güclüsü - İslam Mahaçev kimdir?

    Misirin Baş naziri Livana səfər edib

    Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

    Fitch Azərbaycanda 2028-ci ilə qədər real ÜDM artımı ilə bağlı proqnozlarını verib

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.