Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

    19 Dekabr 2025 19:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-nin Suriyaya qarşı Sezar Qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi Türkiyə tərəfindən müsbət qarşılanıb. Rəsmi Ankaradan qərarla bağlı ardıcıl açıqlamalar verilib.

    AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları aradan qaldırmasına dair sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu addım Suriyanın yenidən qurulması və inkişafı üçün beynəlxalq əməkdaşlığı daha da təşviq edərək ölkədə sabitlik, təhlükəsizlik və rifahın möhkəmlənməsinə töhfə verə bilər.

    AK Parti sözçüsü və sədr müavini Ömer Çelik də qərarı müsbət qiymətləndirib. O qeyd edib ki, Suriyanın birliyi, ərazi bütövlüyü və sabitliyi Türkiyə və region üçün mühüm əhəmiyyət daşıyır. Çelik vurğulayıb ki, ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları ləğv etməsi regional sülhə töhfə verən addımdır.

    Qeyd edək ki, ABŞ Konqresində qəbul edilən və 901 milyard ABŞ dolları həcmində müdafiə xərclərini əhatə edən Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) Prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minib. Qanunda, Bəşər Əsəd dövründə Suriyaya tətbiq edilən və 2019-cu ildə qüvvəyə minmiş Sezar Qanunu çərçivəsində sanksiyaların ləğvi nəzərdə tutulur. Sözügedən sanksiyalar Suriyanın beynəlxalq bankçılıq sisteminə çıxışını ciddi şəkildə məhdudlaşdırmışdı.

    Yeni qanun çərçivəsində Ukraynaya 800 milyon ABŞ dolları, İsrailin “Dəmir Qübbə” daxil olmaqla raketdən müdafiə layihələrinə 600 milyon ABŞ dolları, Tayvanla təhlükəsizlik əməkdaşlığı təşəbbüslərinə isə 1 milyard ABŞ dolları ayrılması da təsdiqlənib.

    #ABŞ Sezar Qanunu çərçivəsində Suriya sanksiyalarını ləğv etdi #Türkiyə qərarı alqışladı #Ankara ABŞ-nin Suriya ilə bağlı qərarını müsbət qiymətləndirdi #Türkiyə: Sezar Qanununun ləğvi regional sülhə töhfədir #ABŞ-nin Suriya qərarına Ankaradan ilk reaksiyalar #Sezar Qanununun ləğvi Suriyanın gələcəyi üçün nə vəd edir? #ABŞ Suriyaya qarşı Sezar Qanunu sanksiyalarını ləğv etdi #Türkiyə ABŞ-nin Suriya sanksiyaları qərarını necə qiymətləndirir #Türkiyədən ABŞ-nin Suriya qərarına ardıcıl açıqlamalar #Ankara: Suriya üçün atılan hər addım regional sabitliyə xidmət edir #ABŞ-nin Suriya sanksiyalarını ləğv etməsinə Türkiyədən müsbət reaksiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    14 Fevral 2026 21:13

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.