BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 831 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 75 obyekt çoxdur.
Bu barədə AzerVoice -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 16 obyekt çoxdur.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyədə 141 min 100 mənzil satın alınıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,8 faiz azdır.
Məlumata görə, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyədə 1 milyon 434 min 133 mənzil satın alınıb.
"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.
2025-ci ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.
Eyni ilin yanvar- noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 18 min 993 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azdır.
