Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Venesuela lideri ABŞ ictimaiyyətini sülhün əsas təminatçısı kimi dəyərləndirib

    16 Dekabr 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ABŞ ictimaiyyəti ölkəsinə qarşı mümkün hərbi qarşıdurmaya imkan verməyəcək.

    AzerVoice xəbər verir ki, Maduronun sözlərinə görə, ABŞ xalqı sülh tərəfdarıdır və Venesuelaya qarşı müharibə ssenarilərini dəstəkləmir.

    Maduro, ABŞ-nin Karib hövzəsindəki hərbi fəallığına, eləcə də Çilidə keçirilmiş prezident seçkilərinin nəticələrinə toxunub. O iddia edib ki, ABŞ-də bəzi dairələr Venesuelaya qarşı “məntiqsiz və təhlükəli müharibə” başlatmaq niyyətindədir.

    “ABŞ ictimaiyyətinin bu cür ssenarilərə razılıq verəcəyinə inanmıram. ABŞ xalqı Cənubi Amerikada neft naminə müharibə aparmaq istəyən müharibə təhrikçilərinin qarşısını alacaq”- deyə Maduro vurğulayıb.

    Çıxışının bir hissəsində ingilis dilində danışan Venesuela lideri birbaşa ABŞ xalqına müraciət edib. O, nifrət və imperialist ambisiyalar üzərində qurulan yanaşmaların dayandırılmalı olduğunu bildirib.

    Onun sözlərinə görə, ABŞ-də fəaliyyət göstərən işçi hərəkatları, dini icmalar və müxtəlif siyasi çevrələr sülhün dəyərini anlayır və Venesuelaya hörmətin vacibliyini qəbul edirlər.

    Maduro, ABŞ-nin Venesuelaya məxsus neft tankerini müsadirə etməsinə etiraz olaraq ölkə daxilində keçirilən aksiyalara da toxunub. O, bu qərara qarşı etiraz edən və yürüşlərə qatılan Venesuela vətəndaşlarına təşəkkür edib.

    Venesuela Prezidenti Çilidə keçirilən prezident seçkilərində qalib gəlmiş ifrat sağçı namizəd Xose Antonio Kastın Venesueladan olan miqrantlarla bağlı bəyanatlarını da sərt tənqid edib. Maduro Çilidə yaşayan venesuelalılara ölkələrinə qayıtmaq çağırışı edib.

    Qeyd edək ki, Çilidə prezident seçkilərinin ikinci turunda Xose Antonio Kast 16 faiz fərqlə qalib gəlib.

    Nicolas Maduro Venesuela ABŞ müharibə bəyanatı ABŞ ictimaiyyəti sülh tərəfdarı Venesuela qarşıdurma neft uğrunda müharibəyə yox Maduro çıxışı Karib hövzəsi ABŞ hərbi fəallığı Venesuela ABŞ münasibətləri regional gərginlik

    maduro abş xalqı müharibəyə icazə verməyəcək venesuela abş hərbi qarşıdurma ehtimalı maduro neft uğrunda müharibəyə qarşı karib hövzəsi abş hərbi fəallığı

    #ABŞ #Venesuela #Nikolas Maduro #ABŞ–Venesuela münasibətləri #ABŞ ictimaiyyəti #Karib hövzəsində hərbi fəallıq #ABŞ sanksiyaları #Çili prezident seçkiləri #Xose Antonio Kast
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    14 Fevral 2026 11:51

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40
    XƏBƏR LENTİ

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.