Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    12 Dekabr 2025 21:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İtaliya hökumətini Fələstin Dövlətini tanımağa çağırıb.

    AzerVoice xəbər verir ki, Abbas bu çağırışı Romada İtaliyanın Baş naziri Corcia Meloni ilə baş tutan görüşdən sonra “İtaliyanın Qardaşları” partiyasının təşkil etdiyi “Atreju” siyasi forumunda çıxışı zamanı səsləndirib.

    İtaliya hökumət sarayı Kici-də keçirilən ikitərəfli görüşdən sonra forumda çıxış edən Abbas İtaliyanın fələstinlilərlə israillilər arasında sülh danışıqlarına verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Fələstin polisinin İtaliya təhlükəsizlik qurumları tərəfindən hazırlanması, Qəzzaya humanitar yardımın göndərilməsi və fələstinli uşaqların İtaliyada müalicə olunmasına görə Roma hakimiyyətinə təşəkkür edib.

    Mahmud Abbas bildirib ki, davamlı və ədalətli sülh yalnız iki dövlətli həll yolu ilə mümkündür. Onun sözlərinə görə, Fələstin 1967-ci il sərhədləri çərçivəsində İsraillə yanaşı, qarşılıqlı hörmət əsasında mövcud ola bilər və bu, bölgədə sabitliyin təmin edilməsinin yeganə yoludur. Abbas vurğulayıb ki, Fələstin Dövlətinin olmaması Yaxın Şərqdə qeyri-sabitliyin və radikalizmin əsas səbəblərindən biridir.

    Fələstin lideri qeyd edib ki, təhlükəsizlik hər bir dövlət üçün legitim hüquqdur, lakin işğalın güc yolu ilə davam etdirilməsi qanuni deyil. O, Fələstin Dövlətinin region üçün təhlükə deyil, əksinə sülhün qurulmasında tərəfdaş olacağını bildirib.

    Abbas həmçinin Fələstində parlament və prezident seçkilərinin keçirilməsinə sadiq olduqlarını, hüququn əsas götürüldüyü, silahların yalnız legitim dövlət institutlarının nəzarətində olduğu bir dövlət qurmaq niyyətində olduqlarını vurğulayıb.

    Forumda çıxış edən Baş nazir Corcia Meloni isə Mahmud Abbası tədbirdə salamlamaqdan məmnunluq duyduğunu bildirib. Meloni Abbasın iştirakı ilə İtaliyanın Yaxın Şərq böhranında mərkəzi və fəal rol oynadığını nümayiş etdirdiyini qeyd edib və hökumətinin Fələstin siyasətinə dair tənqidlərə cavab olaraq bunun son illərdə səsləndirilən iddiaları təkzib etdiyini deyib.

    Qeyd edək ki, Mahmud Abbasın Roma səfəri çərçivəsində müxalifətdə olan sol partiyaların liderləri ilə də görüşlər keçirməsi planlaşdırılır. Xatırladaq ki, Corcia Meloni daha əvvəl İtaliyanın Fələstin Dövlətini tanıması üçün HƏMAS-ın silahı yerə qoyması və gələcək siyasi proseslərdə rol almayacağını qəbul etməsi kimi şərtlər irəli sürmüşdü.

    #Roma çağırışı: Abbasdan İtaliyaya Fələstin Dövlətini tanımaq tələbi #Fələstin lideri İtaliyadan iki dövlətli həllə siyasi dəstək istəyib #Abbas: Fələstin Dövlətinin tanınması bölgədə sabitliyin açarıdır #Махмуд Аббас призвал Италию признать Государство Палестина #Аббас в Риме: двухгосударственное решение — единственный путь к миру #Палестинский лидер обратился к Италии с призывом о признании #Palestinian President Abbas urges Italy to recognize Palestinian state #Abbas calls for two-state solution during Rome visit #Rome talks: Abbas presses Italy on Palestinian state recognition
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    19 Yanvar 2026 00:19

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    18 Yanvar 2026 17:27

    Suriya ordusu SDQ terrorçularına qarşı ciddi irəliləyiş əldə edib

    18 Yanvar 2026 17:08

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Tramp və neft: ABŞ prezidenti niyə 1973-cü ilin siyasətini yürüdür?

    18 Yanvar 2026 12:00

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    18 Yanvar 2026 02:00

    Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

    17 Yanvar 2026 23:08

    İsrail ordusu Qəzzaya artilleriya və hava zərbələri endirib

    17 Yanvar 2026 20:27

    Suriya ordusu Tabkada iki əsas neft yatağını nəzarətə götürdü

    17 Yanvar 2026 18:46

    Səudiyyə Ərəbistanının yardım agentliyi ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir

    17 Yanvar 2026 16:44
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.