Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    12 Dekabr 2025 21:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin Qətərin paytaxtı Doha şəhərinə hücum etmədiyini iddia edərək, baş verən insidenti “tək bir şəxsi hədəf alan raket zərbəsi” kimi xarakterizə edib.

    AzerVoice xəbər verir ki, o, hadisəni ABŞ-ın Usamə bin Ladenə qarşı keçirdiyi əməliyyatla müqayisə edib və İsrailə “ikili standart” tətbiq olunmamalı olduğunu bildirib.

    Səfirin sözlərinə görə, sentyabrın 9-da baş verən insident İsrailin Qətərə qarşı hücumu kimi təqdim edilsə də, əslində hədəf yalnız bir nəfər olub. Hakabi İsrailin HƏMAS-la əlaqəli olduğunu iddia etdiyi bir şəxsi hədəfə aldığını və bunun ölkəyə qarşı hücum kimi qiymətləndirilə bilməyəcəyini deyib.

    Hakabi açıqlamasında bildirib ki, insident zamanı cəmi bir raketdən istifadə olunub və raket konkret bir şəxsi hədəf alıb. O, raketin yaxınlığında olan bəzi şəxslərin xəsarət alması və ya həlak olması ehtimalını istisna etməsə də, bunun Qətər dövlətinə qarşı hücum anlamına gəlmədiyini vurğulayıb.

    ABŞ səfiri əlavə edib ki, bu cür əməliyyatların dövlətlərə hücum kimi dəyərləndirilməsi halında Vaşinqtonun da keçmiş əməliyyatlarına görə üzr istəməsi lazım gələr. O, Pakistan ərazisində həyata keçirilmiş Usamə bin Laden əməliyyatını nümunə göstərərək bildirib ki, həmin halda da ABŞ Pakistan dövlətinə hücum etməmişdi.

    Hakabi çıxışının sonunda İsrailə qarşı fərqli yanaşma sərgiləndiyini iddia edərək vurğulayıb ki, beynəlxalq münasibətlərdə heç bir ölkəyə digərlərindən fərqli standart tətbiq olunmamalıdır.

    #ABŞ səfiri Dohadakı insidenti Qətərə hücum kimi qiymətləndirməyib #Həkəbi: İsrailə qarşı ikili standart tətbiq edilə bilməz #Doha ilə bağlı qalmaqallı açıqlama: ABŞ səfirindən İsrail müdafiəsi #Посол США: Израиль не нападал на Катар #Хакаби сравнил удар в Дохе с операцией США против бен Ладена #Заявление посла США вызвало споры вокруг инцидента в Катаре #US ambassador says Israel did not attack Qatar #Huckabee compares Doha strike to US bin Laden operation #US envoy rejects claims of Israeli attack on Qatar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    19 Yanvar 2026 00:19

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    18 Yanvar 2026 17:27

    Suriya ordusu SDQ terrorçularına qarşı ciddi irəliləyiş əldə edib

    18 Yanvar 2026 17:08

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Tramp və neft: ABŞ prezidenti niyə 1973-cü ilin siyasətini yürüdür?

    18 Yanvar 2026 12:00

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    18 Yanvar 2026 02:00

    Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

    17 Yanvar 2026 23:08

    İsrail ordusu Qəzzaya artilleriya və hava zərbələri endirib

    17 Yanvar 2026 20:27

    Suriya ordusu Tabkada iki əsas neft yatağını nəzarətə götürdü

    17 Yanvar 2026 18:46

    Səudiyyə Ərəbistanının yardım agentliyi ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir

    17 Yanvar 2026 16:44
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.