Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    12 Dekabr 2025 22:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-də yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin albomundan ABŞ Prezidenti Donald Trampın da yer aldığı 19 yeni fotoşəkil ictimaiyyətə açıqlanıb.

    AzerVoice xəbər verir ki, fotoşəkillər ABŞ Konqresinin Nəzarət və Hesabatlılıq Komitəsinin demokrat üzvləri tərəfindən paylaşılıb. Kadrlarda Trampdan başqa onun sabiq müşaviri Stiv Bennon, keçmiş ABŞ Prezidenti Bill Klinton, milyarder iş adamı Bill Geyts və digər yüksək profilli şəxslərin də yer aldığı bildirilib.

    Məlumata görə, fotoşəkillər Epşteynin malikanəsində çəkilib və ona məxsus elektron poçt ünvanından əldə edilib. ABŞ mediası yayımlanan 19 yeni kadrın Epşteynin həmin şəxslərlə keçmiş əlaqələrini və “xüsusi münasibətlər” qurduğunu göstərdiyini yazır.

    Komitənin yaydığı materiallar arasında üzərində Prezident Trampın üz təsviri olan və 4,5 dollar qiymət etiketi göstərilən prezervativlər də yer alıb. Bu görüntülər ABŞ mediasında və sosial şəbəkələrdə geniş rezonans doğurub.

    Digər bir fotoşəkildə isə Trampın, üzləri komitə tərəfindən gizlədilmiş altı qadınla birlikdə görüntüləndiyi qeyd olunur. Kadrlarda şəkillərin dəqiq olaraq nə vaxt, harada və kim tərəfindən çəkildiyi hələlik açıqlanmayıb.

    Paylaşılan materiallarda həmçinin Bill Klintonun Epşteyn və onun yaxın silahdaşı Gisleyn Maksuell ilə birlikdə görüntüləri, eləcə də Şahzadə Endryu, Bill Geyts və Harvard Universitetinin sabiq rektoru Lerri Samers kimi şəxslərin Epşteynin malikanəsində olduğu anlar yer alır.

    ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Robert Qarsia bildirib ki, Epşteynə məxsus mülklərdən əldə edilən son sənədlər 95 mindən çox fotoşəkli əhatə edir və bu materiallarda Epşteynlə əlaqədə olmuş “zəngin və nüfuzlu kişilərin, eləcə də minlərlə qadının görüntüləri” mövcuddur.

    #Epşteyn işi: Trampın yer aldığı yeni fotolar ictimaiyyətə açıqlanıb #ABŞ Konqresi Epşteynə aid yeni foto materialları yayımlayıb #Epşteyn qalmaqalı yenidən gündəmdə: tanınmış simalar fotolarda #В США опубликованы новые фотографии из альбома Эпштейна с участием Трампа #Конгресс США обнародовал 19 новых снимков #связанных с делом Эпштейна #Скандал вокруг Эпштейна: в кадрах известные политические фигуры #New Epstein album photos featuring Trump released in the US #US Congress publishes 19 new images linked to Jeffrey Epstein #Epstein scandal resurfaces as new photos emerge
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    19 Yanvar 2026 00:19

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    18 Yanvar 2026 23:00

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    18 Yanvar 2026 22:30

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    18 Yanvar 2026 17:27

    Suriya ordusu SDQ terrorçularına qarşı ciddi irəliləyiş əldə edib

    18 Yanvar 2026 17:08

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Tramp və neft: ABŞ prezidenti niyə 1973-cü ilin siyasətini yürüdür?

    18 Yanvar 2026 12:00

    Xamenei İranda iğtişaşlar zamanı minlərlə insan öldüyünü etiraf edib

    18 Yanvar 2026 07:24

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    18 Yanvar 2026 02:00

    Epşteyn şəbəkəsinin arxasında kim dayanır?

    23 Dekabr 2025 22:00
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.