Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İsrailin Avroviziya 2026-ya qatılmaması üçün 600 mindən çox imza toplandı

    12 Dekabr 2025 16:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Gələn il Avstriyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə İsrailin qatılmamasının qadağan olunması üçün başlanan imza kampaniyasında bu günə qədər 600 mindən çox insan iştirak edib.

    AzerVoice xəbər verir ki, Avaaz Qlobal Vətəndaşlıq Platformasında təşkil olunan kampaniya, İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmasına icazə verilməsindən sonra start götürüb. Kampaniyada bütün yayımlayıcılara və Avropa Yayım Birliyinə (EBU) müraciət edilərək, İsrailin iştirakının dərhal dayandırılması tələb olunub.

    Bəyanatda qeyd olunur ki, İsrail hökuməti Qəzzadakı mülki şəxslərə qarşı hücumları dayandırmalı, jurnalistləri və ailələrini hədəfə almağı dayandırmalı və beynəlxalq humanitar hüquqa əməl etməlidir. Əks halda, İsrailin Avroviziya müsabiqəsinə qatılması qadağan edilməlidir.

    Kampaniyada həmçinin vurğulanır ki, Qəzza bölgəsində iki ildən artıqdır davam edən zorakılıqlara və gündəlik hücumlara baxmayaraq, İsrailin müsabiqəyə qatılmasına icazə verilib. Bu səbəbdən bəzi ölkələr Avroviziyanı boykot etmə qərarı alıb.

    Təşkilatçılardan qərarı dəyişdirmək üçün daha çox ölkənin eyni addımı atması və milli yayımlayıcılara yarışmadan çəkilmələri üçün təzyiq göstərilməsi tələb olunur.

    “Fələstinlilərə qarşı apardığı ayrı-seçkilik və zorakılıq davam edərkən, İsrailin musiqi və işıqlarla bu cinayətlərini ört-basdır etməsinə imkan verə bilmərik. Gələn il İsrailə Avroviziya yoxdur, onların cinayətlərinə ortaq olmaq yoxdur.” - deyə bəyanətdə qeyd olunub.

    Hazırda imza kampaniyasında iştirak edənlərin sayı təxminən 609 min nəfərdir.

    Qeyd edək ki, Avropa Yayım Birliyi (EBU) 4 dekabrda Cenevrədə 95-ci EBU Ümumi Məclis Toplantısını keçirib. İsrailin 2026 Avroviziya Mahnı Müsabiqəsinə qatılması oylamadan kənar buraxıldıqdan sonra İspaniya, Hollandiya, Slovenya, İrlandiya və İzlandiya dövlət televiziya kanalları qərarı protest edərək yarışmadan çəkilmək qərarı alıblar.

    #Avroviziya #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi #İsrailin Avroviziyadan kənarlaşdırılması EBU-da müzakirə olunur #Bir neçə ölkə boykot təhdidi ilə çıxış etdi – Avroviziyada böhran dərinləşir #EBU İsrailin Avroviziyadan kənarlaşdırılmasını təcili müzakirə edir #Avroviziyada siyasi gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    İsrail ordusunun atəşi nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub

    8 Yanvar 2026 12:29

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    İsrailin Avroviziya qəbuluna sərt reaksiya: 6 ölkə müsabiqəni tərk edib

    5 Dekabr 2025 09:58

    İsrail Avroviziyadan kənarlaşdırıla bilər

    5 Dekabr 2025 09:00

    Qəzzaya humanitar yardım hələ yetərli səviyyəyə çatmır - UNOCHA

    3 Dekabr 2025 13:02

    Atəşkəsdən sonra da Qəzzada yüzlərlə fələstinli öldürülüb

    22 Noyabr 2025 11:18

    İsrail Qəzza sərhədinə yaxın ərazidə beynəlxalq musiqi festivalı keçirəcək

    20 Noyabr 2025 18:18

    İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

    18 Noyabr 2025 02:00

    İsrailin 153 fələstinlini Qəzzadan Cənubi Afrikaya göndərməsi sürgün şübhələrini artırır

    16 Noyabr 2025 04:00

    Türkiyə və Misir Qəzzə ilə bağlı ortaq mesaj yayınlayıb

    12 Noyabr 2025 21:02
    XƏBƏR LENTİ

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.