Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Ermənistan-İsrail münasibətləri həmişə olub və indi daha da güclənir

    1 Dekabr 2025 18:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Crossmedia.az

    Qafqaz diplomatiyasının səhnəsi yenidən qızışır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın qəfil və fövqəladə İsrail səfəri regionda sakit axan proseslərin altında görünməyən gərginliklərin üzə çıxmasına səbəb olub. İlk baxışda iki ölkə arasında münasibətlərin istiləşməsi kimi təqdim edilən bu addım əslində illərlə yığılan ziddiyyətlərin yeni mərhələyə keçdiyini göstərir. İsrail İrəvanla əməkdaşlıq imkanlarını ölçüb-biçməyə çalışsa da, Ermənistanın İran asılılığı, daxili anti-İsrail ovqatı və geosiyasi xəttinin dağınıqlığı bu cəhdlərin hansı istiqamətə gedəcəyinə dair sualları artırır. Regionun taleyini müəyyən edən TRIPP layihəsi isə bu səfərin fonunu daha da ağırlaşdıraraq gündəliyi strateji rəqabət meydanına çevirir. Ermənistan-İsrail münasibətlərinin yaxınlaşması Azərbaycan-İsrail münasibətlərinə təsir edə bilər?

    AzerVoice xəbər verir ki, görüşün mahiyyəti ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib. Bildirib ki, hər şeydən öncə istər İsrail olsun, istər Ermənistan, onların müstəqil dövlətlər olduğunu bilməliyik: “Azərbaycan bu dövlətlərin müstəqilliyini tanıyıb. Bu baxımdan onların tanınmış və ya tanınmamış istənilən dövlətlə əlaqə qurması özlərinin müstəqil siyasətidir. Biz dövlət olaraq buna qarışmırıq. İran-İsrail-Ermənistan münasibətlərinə gəlincə, bu mövzu uzun illərdir bəzi təbəqələri çaşdırmaq üçün süni şəkildə şişirdilir. Əslində bu münasibətlər həmişə mövcud olub. İsraildə kifayət qədər aktiv erməni lobbisi var, eyni zamanda Azərbaycan lobbisi də fəaliyyət göstərir. Təbii ki, Azərbaycan-İsrail münasibətləri Ermənistan-İsrail münasibətlərindən qat-qat güclüdür’’.

    Politoloq qeyd edib ki, Ermənistan, İran və İsrail məsələsi bir-birinə təsir edən deyil, əksinə, hər biri müstəqil şəkildə yürüdülən xarici siyasətin nəticəsidir: “Digər tərəfdən, Ermənistanın ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq və inkişaf etdirmək istiqamətində ciddi addımlar atdığını da görürük. Əgər düşünürüksə ki, Ermənistanın Yaxın Şərq ölkələri ilə münasibətləri bölgədə hansısa mühüm dəyişiklik yaradacaq, bu təsiri şişirtmək düzgün olmaz. Dövlətlərin yaxınlaşması mümkündür, amma Azərbaycan lobbisinin İsraildə heç vaxt Ermənistan lobbisinə uduzacağını düşünmürəm. Lakin gələcəkdə dövlətlərin siyasət və maraqlarının necə dəyişəcəyini indidən qəti şəkildə demək də doğru olmaz. Ümumiyyətlə, bəzilərinin iddia etdiyi kimi “Ermənistan-İsrail münasibətləri yoxdur” fikrinə də inanmıram. Bu münasibətlər həmişə olub və indi daha da güclənir’’.

    #Ermənistan XİN rəhbərinin İsrailə fövqəladə səfəri regionda gərginliyi artırdı #Politoloq: Azərbaycan–İsrail münasibətləri Ermənistanla müqayisədə daha güclüdür #İsrail–Ermənistan yaxınlaşması Qafqaz diplomatiyasında yeni mərhələ açır #Rufiz Hafizoğlu: Ermənistanın İsraillə əlaqələri həmişə mövcud olub #TRIPP layihəsi fonunda Ermənistan–İsrail dialoqu diqqət çəkir #Politoloq: İran–İsrail–Ermənistan xətti süni şəkildə şişirdilir #Ermənistanın ərəb ölkələri ilə yaxınlaşması regionda nə deməkdir? #İsrail lobbisi və Ermənistan lobbisi – Qafqazda güc balansı #İrəvanın geosiyasi xəttinin qeyri-müəyyənliyi suallar yaradır #Qafqazda diplomatik aktivlik artır — ekspert dəyərləndirməsi #Ermənistanın İsrailə fövqəladə səfəri nə deməkdir? #Qafqaz diplomatiyasında yeni gərginlik xətti #Politoloq Hafizoğlu Ermənistan–İsrail münasibətlərini şərh etdi #İran–İsrail–Ermənistan üçbucağı əslində nəyi ifadə edir? #Azərbaycan və İsrail arasındakı lobbi gücü müqayisəsi #TRIPP layihəsi regionda strateji rəqabəti necə dəyişir? #Ermənistanın ərəb ölkələri ilə əlaqələri genişlənir – təsirləri nədir? #Regionda yeni siyasi dinamika yaranır #İsrail–Ermənistan yaxınlaşması Azərbaycan üçün riskdirmi? #Ekspert: Süni gərginlik yaradılır #reallıq fərqlidir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    15 Dekabr 2025 22:29

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    15 Dekabr 2025 21:34

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    15 Dekabr 2025 20:52

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    15 Dekabr 2025 20:31

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    15 Dekabr 2025 20:04

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53

    Bu gün ABŞ İraqdakı müharibənin başa çatdığını elan etdi

    15 Dekabr 2025 00:10

    Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

    14 Dekabr 2025 22:32

    Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir

    14 Dekabr 2025 18:00

    Antonio Quterreş İraqa səfər edib

    14 Dekabr 2025 04:00

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 Dekabr 2025 02:00

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    13 Dekabr 2025 22:08
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.