Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Qəzza razılaşmasını təsdiqlədi - BŞ-dan 200 hərbçi razılaşmanın icrasına nəzarət edəcək

    10 Oktyabr 2025 07:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrail hökuməti cümə günü səhər saatlarında Fələstin HƏMAS hərəkatı ilə Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib. Bu qərar, 24 saat ərzində döyüş əməliyyatlarının dayandırılması və 72 saat ərzində israilli girovların azad edilməsi üçün yol açır.

    Hökumətin qərarı vasitəçilərin atəşkəs və qarşılıqlı azadlığa dair razılaşmanı elan etməsindən təxminən 24 saat sonra qəbul olunub. Saziş ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsini başa çatdırmaq məqsədilə irəli sürdüyü planın birinci mərhələsini təşkil edir. İsrailin Baş naziri Benyamin Netanyahunun “X” sosial şəbəkəsindəki hesabında yazılıb:

    “Hökumət azad və həlak olmuş bütün girovların azad edilməsini nəzərdə tutan çərçivəni təsdiqlədi.”

    ABŞ-dan 200 hərbçi İsrailə göndəriləcək

    ABŞ rəsmiləri cümə axşamı bildiriblər ki, Birləşmiş Ştatlar təxminən 200 hərbçini İsrailə göndərəcək. Onlar Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət edəcək və beynəlxalq müşahidə missiyasının tərkibində fəaliyyət göstərəcəklər. Komandaya tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələri də daxil olacaq.

    ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin bu missiyaya rəhbərlik edəcəyi bildirilir. O, jurnalistlərə açıqlamasında deyib ki, :

    “İlkin mərhələdə 200 nəfərlik qrup yerə yerləşdiriləcək. Bizim rolumuz nəzarət və qiymətləndirmədir - razılaşmanın pozulmadığından əmin olacağıq.”

    Eyni zamanda, Misir, Qətər, Türkiyə və ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərindən olan hərbi nümayəndələrin də bu komanda ilə əməkdaşlıq edəcəyi qeyd olunub. ABŞ rəsmiləri bildiriblər ki, heç bir Amerika hərbçisi Qəzzaya daxil olmayacaq.

    Mənbələrin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı İsraildə “Mülki-Hərbi Əlaqələndirmə Mərkəzi” yaradacaq. Bu mərkəz humanitar, logistika və təhlükəsizlik yardımlarının koordinasiyasını təmin edəcək.

    Humanitar əməliyyatlar davam edir

    ABŞ və İsrail tərəfindən dəstəklənən “Qəzza Humanitar Fondu” şimal bölgəsində yeni yardım paylama mərkəzinin yaradılmasına hazırlaşır. Qurumun əməkdaşlarına əməliyyatları azaltmaq barədə heç bir göstəriş verilməyib.

    aMənbələr bildiriblər ki, təşkilatın fəaliyyəti dayandırılsa belə, BMT və digər beynəlxalq QHT-lərin yardımı tam bərpa etmək üçün vaxt tələb olunacaq, çünki Qəzzadakı bir çox infrastruktur məhv edilib. Qurumun bəyanatında qeyd olunub ki, yardım əməliyyatları atəşkəs danışıqları fonunda fasiləsiz davam edir.

    ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi isə “Haaretz” qəzetinə açıqlamasında bildirib ki, “Qəzza Humanitar Fondu”nun bağlanması Prezident Trampın atəşkəs planının bir hissəsi kimi nəzərdə tutulmur.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Tramp administrasiyası #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #Donald Tramp Qəzzə planı #İsrail Qəzza razılaşmasını təsdiqlədi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15
    XƏBƏR LENTİ

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.