Əsas səhifə » İran nüvə obyektlərinə vurulan ziyanı tez bir zamanda bərpa etməyi planlaşdırır

İran nüvə obyektlərinə vurulan ziyanı tez bir zamanda bərpa etməyi planlaşdırır

BAKI, AzerVoice

İran, ABŞ-ın gecə saatlarında ölkənin nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində dəyən ziyanın qısa müddətdə aradan qaldırılmasına ümid edir.

AzerVoice xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (AEOİ) nümayəndəsi Bəhruz Kamalvəndi məlumat verib.

“ABŞ-ın nüvə obyektlərinə hücumu beynəlxalq hüquq normalarının pozulmasıdır” - deyə, Kamalvəndi bildirib.

“Bəli, bizə ziyan dəyib, amma bu, atom sənayesi obyektlərinə edilən ilk hücum deyil. Hökumət bu ziyanı tez bir zamanda aradan qaldırmağı planlaşdırır" - deyə, o əlavə edib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice