Əsas səhifə » İran parlamenti Hörmüz boğazının bağlanmasını zəruri hesab edir

İran parlamenti Hörmüz boğazının bağlanmasını zəruri hesab edir

BAKI, AzerVoice

İran parlamenti (Məclis), ABŞ-ın ölkədəki nüvə obyektlərinə endirdiyi zərbələr fonunda Hörmüz boğazının bağlanmasını zəruri hesab edib.

AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kosari məlumat verib.

“Parlament belə qənaətə gəlib ki, Hörmüz boğazı bağlanmalıdır. Lakin bu məsələdə yekun qərarı Milli Təhlükəsizlik üzrə Ali Şura verir” – deyə, o bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice